"Azərbaycan sərhədləri toxunulmazdır və müzakirə mövzusu deyil" - Milli Məclisin sədri
13 iyul 2020 19:29 (UTC +04:00)

"Azərbaycan sərhədləri toxunulmazdır və müzakirə mövzusu deyil" - Milli Məclisin sədri

"İşğalçı Ermənistan ordusunun məkrli niyyəti baş tutmadı. Azərbaycan Silahlı Qüvvələri düşmən təxribatının qarşısını qətiyyətlə aldı və bir daha sübut etdi ki, ölkəmizin suverenliyi, ərazi bütövlüyü, sərhədləri toxunulmazdır və müzakirə mövzusu deyil".

APA-nın xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova Tovuz istiqamətində sərhəd zonasında törədilən erməni təxribatı ilə bağlı “Facebook” hesabında paylaşımında bildirib. 

S. Qafarova qeyd edib ki, Azərbaycan əsgəri öz şücaəti ilə düşmənin istənilən həmləsinin qarşısını almağa qadirdir: " Vətən uğrunda canını fəda edən şəhidlərimizə Allahdan rəhmət, doğmalarına səbr, yaralananlara şəfa diləyirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2551
avatar

Oxşar yazılar