Xərçəng xəstələrinə koronavirusa qarşı peyvənd vurulmalıdırmı? –  Bir sual, bir cavab
19 yanvar 2021 15:15 (UTC +04:00)

Xərçəng xəstələrinə koronavirusa qarşı peyvənd vurulmalıdırmı? – Bir sual, bir cavab

Lent.az “Bir sual, bir cavab” rubrikasında bu məsələyə aydınlıq gətirməyə çalışıb: “Xərçəng xəstələrinə koronavirusa qarşı peyvənd vurulmalıdırmı?”

Onkoloq Pərvanə Rüstəmovanın sözlərinə görə, COVID-19  peyvəndinin ölkəmizdə də tətbiqinə başlandığı bu günlərdə hər kəs kimi onkoloji xəstələrinin də narahatlığı artıb: "Onkoloji xəstələr özlüyündə müxtəlif insan qruplarını birləşdirdiyi üçün bəzi sualların dəqiq cavabı olmamaqla yanaşı, ümumi qəbul edilmiş müddəalar əsasında peyvəndləmə aparıla bilər. Qeyd edim ki, hazırda müalicə almayan, onkoloji xəstəlikdən sağalanlar, xəstəliyinin remissiya mərhələsində olanlar digər insanlar kimi böyüklərin qrafikinə uyğun peyvəndlənə biləcəklər".

Pərvanə Rüstəmova bildirir ki, hazırda müalicəsi davam edən və yaxınlarda kimyəvi dərman müalicəsi və ya şüa terapiyası alacaq xəstə qrupuna yanaşmada isə iki nüansa diqqət edilməlidir: “Öncə müalicəyə başlayacaqlar, özəlliklə cərrahi əməliyyatdan sonra profilaktik müalicə alacaqlar peyvənd olunduqdan 2 həftə sonra müalicəsinə başlaya bilərlər. Ən çətin qrup hazırda müalicəsi davam edən, uzun müddətli kimyəvi dərman terapiyası planlanan, yüksək doza hormonal preparatlar təyin olunan, hədəfə yönəlik müalicə alanların olduğu qrup hesab edilir. Burada qərarı verən şəxs, müalicə edən onkoloq həkim beynəlxalq praktikadan çıxış edərək xəstədə peyvənddən gözlənilən effektin zəif olması nəzərə alınmaqla, istənilən müalicə mərhələsində olan xəstəyə peyvəndləmədə iştirak etməyi tövsiyə edə bilər.”

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7923
avatar

Nigar Adil

Oxşar yazılar