Tətildə kilo almamaq üçün nə edək? – MƏSLƏHƏT
20 iyul 2021 12:56 (UTC +04:00)

Tətildə kilo almamaq üçün nə edək? – MƏSLƏHƏT

Tətillərdə hava dəyişikliyi yuxuda və qidalanma rejimində də fərqlilik yaradır.  
Gündəlik həyatda davamlı olaraq  sağlam qidalanan, fiziki fəaliyyətə önəm verən şəxslər tətildə çox vaxt bu vaxt bu qaydanı davam etdirməkdə çətinlik çəkirlər. 

Lent.az xarici KİV-ə istinadən tətildə sağlam qidalanmanın və ideal çəkini qorumağın üsullarını təqdim edir: 

Səhər yeməyi 

Səhər yeməyində qabınızın böyük hissəsini tərəvəzlərə, kiçik bölümünü isə unlu qidalar üçün ayıra bilərsiniz.

Nahar

Nahar zamanı yağlı və ağır qidalardan uzaq olmağa çalışın.  Yaxşı olardı ki, pizza, makaron və ya qızardılmış kartofu deyil, təzə, quru meyvələr, adi dondurma, yoqurt, qatıq, adi mineral su, təzə sıxılmış meyvə suları kimi təravətləndirici, sağlam kiçik qəlyanaltılara üstünlük verilsin. 

Şam yeməyi 

Yüngül nahar edənlər şam yeməyinin dadını çıxara bilərlər. Günorta saatlarında yüngül qidalanan və fiziki hərəkətlərlə məşğul olan şəxslər  (velosiped sürən, piyada gəzən, üzən şəxslər)   axşam yeməyindən ləzzət ala bilər.


Tətil zamanı kilo atmağa deyil, əlavə kilo almamağa diqqət edin. Beləliklə, həm tətiliniz unudulmaz olacaq, həm də fərqli təamları dadmış olacaqsınız.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2046
avatar

Nigar Adil

Oxşar yazılar