Yay günlərinin ən böyük problemlərindən biri də hər yerdə rastlaşdığımız ağcaqanad, həşərat və digər zərərvericilərin dərimizə vurduğu ziyandır. Bu canlılar xüsusilə, körpələr və uşaqlar üçün daha təhlükəli ola bilər.
Lent.az xarici mediyaya istinadən bildir ki, kənardan aldığımız zərərvericilərə qarşı mübarizə vasitələrinin bir çoxunun tərkibində insan dərisi üçün zərərli olan kimyəvi komponentlər var. Ancaq evdə asan tapılan tərkiblə rahatlıqla təbii, təsirli və qoruyucu spreylər hazırlayaraq zərərvericiləri daha sağlam üsulla özünüzdən təmizləyə bilərsiniz.
LAVANDA VANİL RESEPTİ
Vanil və lavanda xüsusilə, ağcaqanadlara qarşı qovucu təsirə malikdir. 400-500 ml sprey şüşəsinə 15-20 damcı lavanda yağı əlavə edin. Butulkaya 3 xörək qaşığı vanil ekstraktı və 2 xörək qaşığı limon suyu əlavə edin, sonra şüşənin qalan hissəsini su ilə doldurun. Şüşəni silkələyin və hər istifadə edin.
BADAM YAĞI İLƏ RESEPTLER
Sprey şüşəsinə 20 damcı badam yağı, 20 damcı reyhan yağı və 20 damcı ətirşah efir yağı əlavə edin. Bu yağlar zərərvericiləri kəskin şəkildə yox edir. Sərin yerdə saxlayacağınız bu reseptdən xüsusilə, körpə və uşaqların dərisində təhlükəsiz istifadə edə bilərsiniz. Bu qarışıq həm də dərinin sağlam və parlaq görünməsini təmin edəcək.
ÇOBANYASTIĞI RESEPTİ
Təxminən 250 qram çobanyastığı qaynadın və soyudub dərinizə sürtün. Çobanyastığını ilıq su ilə də yuyub dərinizə çəkə bilərsiniz. Çölə çıxmazdan əvvəl bu üsulu tətbiq etsəniz, milçək və həşəratların dərinizə yaxınlaşmasının qarşısını ala bilərsiniz. Çobanyastığı qoxusu ağcaqanadlardan qorunmaq üçün təsir göstərir.
ALMA SİRKƏSİ VƏ MİXƏKLİ RESEPTLER
Alma sirkəsi zərərvericilərə qarşı xüsusilə, təsirlidir. Bu məhsulların qoxusu ağcaqanadların qarşısını almaqda çox təsirlidir. Orta hesabla 500 ml sprey şüşəsinə bir stəkan su, bir stəkan alma sirkəsi və 20 damcı mixək yağı əlavə edin. Sonra onu möhkəm bağlayın, silkələyin və əsasən, gecə yatmazdan əvvəl dərinizə çəkin.
KOKOS YAĞI RESEPTİ
Kokos yağının zərərvericilərin qarşısını almaqdan başqa insan sağlamlığına onlarla faydası var. Buna görə də, zərərvericilərə qarşı təbii reseptlər arasında təsirli maddələr ehtiva edir. Bir bankaya 5 xörək qaşığı kokos yağı və beş damcı nanə yağı əlavə edin. Sonra qarışığı balzama çevrilənə qədər qarışdırın. Bu qarışığı birbaşa dərinizə çəkə bilərsiniz.
EVKALİPT İLƏ RESEPT
250 qram evkalipt yarpağını 1 litr suda qaynadın. Evkaliptin unikal qoxusu həşəratların qarşısını alan təsirlidir. Bu qarışığı butulkaya töküb dərinizə çəkə və ya zərərvericilərin evinizə girməməsi üçün evinizin hər küncünə çiləyə bilərsiniz.
REYHAN RESEPTİ
İllərdir zərərvericiləri qovma üsulları arasında təzə reyhan üstünlük təşkil edir. Reyhan reseptləri ağcaqanadların qarşısını almaqda xüsusilə, təsirlidir. Təzə reyhan yarpaqlarını yarım litr suda qaynadın, boş bir sprey şüşəsinə doldurun və dərinizə çəkin.
NANE RESEPTİ
Nanə yağının tərkibindəki limonen və sinola maddələri ağcaqanadların qarşısını alan bir qoxuya malikdir. Asanlıqla tapa biləcəyiniz nanə yağına yarım limonun suyunu əlavə edin, qarışdırın və sprey şüşəsinə doldurun. Bu yağlı qarışığı özünüz və uşaqlarınız üçün etibarlı şəkildə istifadə edə bilərsiniz.