Konqo Demokratik Respublikasında 2024-cü ilin noyabrında 143 nəfərin ölümünə səbəb olan naməlum xəstəliyin baş verməsi barədə məlumat verilib.
Lebt.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, xəstəlik ölkənin cənub-qərbində, Kvanqo əyalətində qeydə alınıb. Qubernatorun müavini Remi Saki və bölgənin səhiyyə naziri Apollinera Yumbanın sözlərinə görə, yoluxmuş şəxslərdə qripə bənzər əlamətlər olur: yüksək hərarət və şiddətli baş ağrıları.
Bununla belə, vəziyyət Panzi kənd sağlamlıq zonasında dərmanlara və tibbi xidmətə məhdud çıxışla çətinləşir. Xəstələr çox vaxt lazımi müalicə almadan evdə ölürlər. Qadınlar və uşaqlar xüsusilə həssasdırlar və bu, problemin ciddiliyini vurğulayır.
Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) ötən həftə baş verən epidemiya barədə məlumat verilib və araşdırma aparmaq üçün ölkənin səlahiyyətliləri ilə əməkdaşlıq edir. Ölkə əvvəllər yoluxucu xəstəliklərin, o cümlədən “meymun çiçəyi”nin yayılması ilə üzləşib və bu, ilin əvvəlindən bəri 47 mindən çox yoluxmuş şəxsdən 1000-dən çoxunun insanın ölümünə səbəb olub.
Bu vəziyyət ölkənin səhiyyə sistemindəki xroniki problemləri, həmçinin xəstəliyin daha da yayılmasının qarşısını almaq üçün təcili beynəlxalq səylərə ehtiyac olduğunu göstərir.