Dar cins şalvar  geyinməyin ZƏRƏRLƏRİ
20 yanvar 2024 12:38 (UTC +04:00)

Dar cins şalvar geyinməyin ZƏRƏRLƏRİ

Dar cins şalvar geyinmək sağlamlığa zərərlidir.

Lent.az xarici mediaya istinadla bildirir ki, bunu dermatoveneroloq və kosmetoloq Aleksandra Fileva deyir.

Onun sözlərinə görə, tez-tez və uzun müddət dar geyinsəniz, çanaq nahiyəsində, eləcə də aşağı ətraflarda qan dövranı pozulacaq. Bu, ayaqlarda ağrı, uyuşma, narahatlığa və bud, eləcə də əzələlərində karıncalanmaya səbəb ola bilər.

Fileva əlavə edib ki, kişilərdə uzun müddət dar cins şalvar geyinmək qasıq nahiyəsində temperaturun artmasına, bu isə seminal mayenin keyfiyyətinin pisləşməsinə, qadınlarda isə vaginal kandidozun kəskinləşməsinə səbəb ola bilər. 

Bundan əlavə, qarının müntəzəm olaraq sıxılması həzm sisteminin düzgün işləməməsinə gətirib çıxarır. Nəticədə mədə şirəsi özofagusa atılacaq və insan mədə yanmasından əziyyət çəkməyə başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5466
avatar

Oxşar yazılar