İnsanların ən çox qorxduqları qocalma, üz dərisində yaranan qırışlardır. Bu qorxudan azad olmaq istəyən yüzlərlə insan çıxış yolunu yalnız plastik əməliyyatda görür. Bəzi qidalardan gündəlik istifadə etməklə, qocalma və üz dərisində yaranacaq qırışlardan uzaq olmaq mümkündür
Lent.az xarici KİV-ə istinadən üz dərisini gənc göstərəcək qidaları təqdim edir.
Süzülmüş zeytun yağı
Təmiz süzülmüş zeytun yağı dünyanın ən təmiz yağlarından biri hesab olunur. Araşdırmalara görə bu yağ qocalma ilə bağlı yarana biləcək bir çox xəstəliklərin də qarşısını alır. Süzülmüş zeytun yağı dəridə çox güclü iltihab əleyhinə təsir göstərir və dərini günəş işığının zərərli təsirlərindən qoruyur. Həmçinin dəridə elastikliyi və möhkəmliliyi qoruyur.
Kətan toxumu
Xolesterolun azalmasını, qan şəkəri və insulin səviyyəsini tənzimləyən kətan toxumu döş və prostat xərçəngi riskini də minimuma endirir. Omeqa-3 mənbəyi olan kətan toxumu dərini zərərli şüalanmalardan qoruyur.
Yaşıl çay
Antioksidanlarla zəngin olan yaşıl çay insanı bədəni maddələr mübadiləsində və stressdən yaranan molekullardan qoruyur. Yaşıl çayı orqanizmi diabet, insulinə qarşı müqavimət və ürək xəstəliklərinə qarşı çox təsirli qoruma vasitəsidir. Polifenol adlanan antioksidanlarla zəngin olan yaşıl çay olan bədəndəki kollagenin qorunmasını da təmin edir ki, bu da yaşlanma əlamətlərini azaltması deməkdir.
Tünd şokolad
Tünd qara şokoladın tərkibindəki antioksidan inanılmaz faydalara malikdir. Araşdırmalara görə tünd şokolad qan təzyiqini aşağı salınmasına, damarlarda qan dövranının yaxşılaşmasına və dərinin elastikliyinin artmasına kömək edir.
Şokoladdakı flavanol adlanan antioksidan növü dərini günəşin zərərli şüalarından qorumağa kömək edir. Normal şokoladlardan iki qat daha çox flavanol ehtiva edən tünd şokolad yeyən insanlar uzun müddət günəş şüaları qəbul edə bilərlər.
Nar
Ən sağlam meyvələrdən biri olan narın tərkibindəki antioksidan aktivliyi yaşıl çaydan da yüksəkdir. Nar iltihab riskini azaldır və yüksək qan şəkəri səbəbiylə ortaya çıxa biləcək potensial problemlərdən qorunmanı təmin edir. Araşdırmaya görə nar dərini zərərli günəş şüalarından qoruyur, dəri problemlərinin həllində orqanizmi dəstəkləyir.
Tərəvəz
Tərəvəz vitamin deposu olmaqla yanaşı, az kalorilidi. Tərkibində ürək xəstəliklərini, xərçəng riskini azaltmasına kömək edən antioksidanlar var. Beta-karotein tərkibli tərəvəz insanları qocalmasına səbəb olan sərbəst radikallardan qoruyur. Bu tərkibli tərəvəzlər yerkökü, balqabaq və kartofdur.
Keçmişə qayıda bilməsək də, bu qidalarla dərimizin daim parlaq olmasını təmin edib gənc görünmək mümkündür.