Evdə  hazırlaya biləcəyiniz   ən asan sezar salatı –  RESEPT
10 mart 2025 13:07 (UTC +04:00)

Evdə hazırlaya biləcəyiniz ən asan sezar salatı – RESEPT

Sezar salatını sevməyən yoxdur. Və bunun üçün hər hansı bir restoranda oturmaq vacib deyil. Bu dadlı salatı evinizdə də edib rahat yeyə bilərsiniz.

Lent.az ən dadlı və rahat sezar salatı reseptini təqdim edir:

Tərkibi:

Toyuğun döş əti – 300 qram

Çerri pomidoru – 150 qram (1 ədəd adi pomidorla əvəz etmək olar)

Parmezan pendiri – 50 qram

Kahı - 1 dəstə (aysberq kələmi ilə daha yaxşı olar)

Ağ baton çörəyi – 5-6 dilim

Sarımsaq – 1 diş

Zeytun yağı

Duz, istiot

Sous üçün

1-2 qaşıq mayanez və xama

Zeytun yağı – 50 millilitr

limon şirəsi – 3 xörək qaşığı

Sarımsaq - 1 diş

Xardal - 1-2 çay qaşığı

Duz

Hazırlanması

Toyuğun döş ətini uzununa iki nazik dilimə bölün. Duzlayıb istiotlayın. Tavada təxminən 1 -2 xörək qaşığı zeytun yağı qızdırın. Orta alovda toyuğun hər üzünü 4-5 dəqiqə qızardın. Baton çörəyini kəsib kiçik dördbucaqlar formasında doğrayın. Və həmin tavada çörəyləri də qızardın.
Sous üçün ərzaqları qarışdırıb hazırlayın. Xardal və sarımsağı yaxşıca qarışdırın. Limon şirəsi, azca da duz əlavə edib yenidən qarışdırın. Belə olduqda bir müddət saxlayın.

Salatı düzəldin

Kahını yuyun, qurudub əlinizlə doğrayıb boşqaba tökün. Üzərinə sarımsaqlı suxariləri və dilimlənmiş toyuğu, çerry pomidorunu əlavə edin. Sousu da töküb salatı qarışdırın. Parmezan pendirini sürtkəzdən keçirin.

Toyuqlu "Sezar” salatını hazırlanan kimi süfrəyə qoya bilərsiniz. Ancaq qidaların bir-birinə qarışması üçün gözləsəniz daha dadlı olacaqdır.

Nuş olsun!
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11428

Oxşar yazılar

Hansı xiyarlardan turşu qoymaq  olmaz?

Hansı xiyarlardan turşu qoymaq olmaz?

5 iyul 2025 , 12:15
Hamiləlik planlaşdıranlara bu balığı  yemək olmaz

Hamiləlik planlaşdıranlara bu balığı yemək olmaz

4 iyul 2025 , 10:59
Qarğıdalı çubuqları nədən hazırlanır?

Qarğıdalı çubuqları nədən hazırlanır?

4 iyul 2025 , 09:24
Ən yumuşaq balıq kotleti RESEPTİ

Ən yumuşaq balıq kotleti RESEPTİ

3 iyul 2025 , 14:18
Qarabaşağın bilinməyən 5 FAYDASI : Qocalmanı ləngidir və...

Qarabaşağın bilinməyən 5 FAYDASI: Qocalmanı ləngidir və...

3 iyul 2025 , 10:14
Dadlı qarabaşaq yarmasını  necə bişirmək olar: bu məhsulu əlavə edin

Dadlı qarabaşaq yarmasını necə bişirmək olar: bu məhsulu əlavə edin

2 iyul 2025 , 19:42
İri dənəli duzdan QAÇIN:  Bilmədiyimiz ZƏRƏRLƏR

İri dənəli duzdan QAÇIN: Bilmədiyimiz ZƏRƏRLƏR

2 iyul 2025 , 14:34
Şokoladlı tort:  asan və tez RESEPT

Şokoladlı tort: asan və tez RESEPT

1 iyul 2025 , 12:54