Lent.az-a açıqlama verən müğənni bildirib ki, o, bir neçə müddətdir ürək ağrısından əziyyət çəkir: “ Mən bir neçə il bundan öncə Türkiyədə ürəyimdən əməliyyat olunmuşam. Neçə vaxtdır ki, ürəyimdə olan klapanlar məni narahat edir. Dünəndən ağrılarım yenə kəskinləşib. Hal-hazırda özümü çox pis hiss edirəm. Bu gün 3 saatlıq bir çəkilişim var idi. Səhhətimdə yaranan problemlər üzündən o çəkilişdən imtina etməli oldum. Məncə ürəyim daha məişət qayğılarını və başqa problemləri həll etməyə tab gətirmir. Nə vaxta qədər belə davam edəcəyini isə özüm də bilmirəm”.
Y.Süleymanov