Yalçın Rzazadə: “Heç bir sənətkar yanımda nəfəs ala bilməz”
30 dekabr 2012 17:56 (UTC +04:00)

Yalçın Rzazadə: “Heç bir sənətkar yanımda nəfəs ala bilməz”

Xalq artisti Yalçın Rzazadə həmkarlarını sərt ittiham edib. Lent.az-a açıqlama verən müğənni həmkarlarından heç kimin onun haqqında tənqidi fikir söyləməyə ixtiyarının olmadığını deyib: “Azərbaycan şou-biznesində heç kimin nə savadı, nə səviyyəsi çatır ki, mənim barəmdə ittihamlar səsləndirsin. Maddi durumum yaxşı olmadığından illər öncə ifa etdiyim bir mahnını reklam üçün oxudum. İfa etdiyimə görə də peşman deyiləm. İmkanım olmasa, yenə pula görə o biri mahnılarımı da götürüb ifa edəcəyəm. Bunun isə heç kimə dəxili yoxdur. Mənə bir şey çatmır ki, bunlar barəmdə fikir söyləməklə özlərini reklam etmək istəyirlər?  Baxsınlar görsünlər ki, onların ləyaqəti çatırmı Yalçın Rzazadə barəsində söz deməyə? Azərbaycanda heç bir sənətkar yanımda nəfəs ala bilməz. O, insanlar ilk öncə mənim qədər öz vətənlərini sevsinlər. Daha sonra illərini qoysunlar bu sənətə, sonra isə villalar, maşınlar almaq yox, mənim kimi qaynamış kartofla çörək yeyərək, vətənlərini ölkədən kənarda da  layiqli təmsil etsinlər”.

 

 

Qeyd edək ki, xalq artisti uzun illər bundan öncə "Dədə Qorqud" filmində ifa etdiyi   “İncəbellim” mahnısının sözlərini dəyişərək, bir boya markasını reklam edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1359

Oxşar yazılar