Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmrinə əsasən, Leyli Şəmsəddin qızı Mirzəyeva fevralın 11-dən Nizami Kino Mərkəzinin direktoru təyin olunub. Bu barədə Lent.az-a nazirlikdən bildirilib.
Qeyd edək ki, Leyli Mirzəyeva Bakı Musiqi Akademiyasının məzunudur. Müxtəlif dövrlər ərzində o, "Kainat" Gənclik Mərkəzində layihələr üzrə koordinator, Nizami Kino Mərkəzində marketinq şöbəsinin müdiri və kino işləri üzrə direktor müavini vəzifələrində çalışıb.