Masallıda III beynəlxalq folklor festivalı keçiriləcək
21 aprel 2014 11:07 (UTC +04:00)

Masallıda III beynəlxalq folklor festivalı keçiriləcək

 

İyunun 12-dən 15-dək Masallı şəhərində III beynəlxalq folklor festivalı keçiriləcək.
Rayonun Mədəniyyət və Turizm Şöbəsindən Lent.az-a verilən məlumata görə, dörd gün davam edəcək festivala xarici ölkələrin tanınmış sənətçiləri dəvət olunacaq. Bu məqsədlə rayonda hazırlıq işlərinə başlanılıb.

 

Qeyd edək ki, son iki ildə rayonda keçirilən folklor festivallarında Azərbaycanla yanaşı, Türkiyə, Latviya, İran, Rusiya, Qazaxıstan, Gürcüstan, Ukrayna və Dağıstanın folklor kollektivləri iştirak ediblər.
 

 

 

 

 

# 462
avatar

Oxşar yazılar