Nizami Kino Mərkəzində ABŞ istehsalı olan “Sağ qalmış” və “Salam, ata, Yeni li” adlı filmlərin nümayişinə başlanıb. Lent.az-ın məlumatına görə, “Sağ qalmış” filmini Mark L. Smitin ssenarisi əsasında rejissor Alexandro Qonsales inyarritu? triller, vestern, macəra və dram janrında çəkib. Amerika Vəhşi qərbinin kəşv edilməmiş açıqlıqlarında ağır yaralanan ovçu Hyu Qlass yeni torpaqların tədqiqi ilə məşqul olan dostu Con Fitsjerald tərəfindən satqıncasına atılaraq ölümə məhkum qalır. Bu, vəziyyətdə Qlassın yeganə silahı –iradəsidir. O, vəhşi təbiyətə, sərt qış şəraitinə və düşmənçilik edən hindu qəbilələrinə meydan oxuyub sağ qalmaq və xayin Fitsjeralddan qısas almaq niyyətindədir...
Filmdə rollara Leonardo DiKaprio, Tom Xardi, Donal Qlison, Uill Poulter, Forrest Qudluk, Pol Anderson və başqa aktyorlar çəkilib. Qeyd edək ki, ötən gün ekran əsərindəki roluna görə L. DiKaprio “Qızıl Qlobus” mükafatına layiq görülüb.
“Salam,ata,Yeni il” komediyasını rejissor Şon Anders lentə alıb. Ailəli olan keçmiş arvadının yanına qayıdan iki uşaq atası, uşaqlarının diqqət və sevgisini qazanmaq üçün atalıqla rəqabətə girir...
Filmdə Uill Ferrell, Mark Uolberq, Linda Kardellini, Tomas Xeyden Çerç, Skarlet Estevez, Ouen Vakkaro, Bobbi Kannavale və başqa aktyorlar çəkilib.