Səhhətində ciddi problemlər olan əməkdar artist Gülnar Salmanovanın halı pisləşib. Bu barədə Lent.az-a sənətçinin ailəsindən məlumat verilib. Yaxınlarının dediyinə görə, aktrisa özünü yaxşı hiss etmir: “Uzun müddətdir ki, xəstəliyi ilə əlaqədar müalicə alır, həkim nəzarətindədir”.
Qeyd edək ki, 2001-ci ildə əməkdar artist adına layiq görülən aktrisa "Beşmanatlıq gəlin" (Naznaz), "Özümüz bilərik" (Ceyran), "Subaylarınızdan görəsiniz" (Çiçək), "Bankir adaxlı" “Maral), "Məhəbbət oyunu" “Ceyran”, “Hicran” (Fatı), "Aldın payını, çağır dayını" (At Balaxanım) tamaşalarında oynayıb. Aktrisa ümumilikdə 178 tamaşada rol alıb.