“Mənim yerimdə olmaq istəyən o qədər adam var ki...”
25 sentyabr 2013 13:00 (UTC +04:00)

“Mənim yerimdə olmaq istəyən o qədər adam var ki...”

“Həyatda bir çoxlarının nail ola bilmədiklərinə, mən Türkiyədə öz gücümlə nail olmuşam. Karyeramı qurmuşam. Bu gün Türkiyədə ən böyük teatrlarının birində tək qadın rejissoru mənəm. Bu, hər kəsə qismət olmur”. Bunu Lent.az-ın qonağı, Türkiyədə şöhrət qazanmış tanınmış aktrisa Məlahət Abbasova deyib.

Aktrisa Türkiyədə qazandığı uğurunun sirlərini belə açıqlayıb: “Mən Allaha çox inanan adamam. İnanıram ki, Allah daim mənim yanımdadı. Bəzən düşünürəm ki, Türkiyənin özündə belə mənim yerimdə olmaq istəyən o qədər adam var, niyə məhz mən oldum? Bütün uğurlarımı Allaha bağlayıram. Allah insana bir şans verir. Gərək bəndə də o şansı düzgün qiymətləndirsin. Türkiyəyə pənah gətirib uğursuzluğa düçar olan çox insan olub. Onların arasında istedadlıları da vardı. Türkcəsi yerində olub gözəl diksiyası olan çox aktyor və aktrisa olub ki, mənim çatdığım yerə çatmaq istəyiblər”.

 

Məlahət xanım Türkiyədə hər şeyə sıfırdan başladığını deyib: “Çox əziyyət çəkdim, amma alındı. 1991-ci ildən İstanbul Bələdiyyəsi Böyük Şəhər Teatrında aktrisa kimi fəaliyyətə başladım. Artıq on ildir ki, aktrisalıqla yanaşı rejissorluq da edirəm. Artıq dörd tamaşa – “Sineye bu gün”, “Ağzı çiçəkli adam”, Elçinin “Qatil” və “Şekspir”ini səhnələşdirmişəm. Şanslıyam. Türkiyə elə bir ölkədir ki, bacı, qardaş, sən onun sevgilisisən, sənin onun atandı, dayındı keçmir. Hər nə edirsənsə, öz gücünə etməlisən. Və dönüb geriyə baxanda heç nəyə görə peşman deyiləm.”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1743
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar