“Dərviş” Bakıda çıxış edib
22 oktyabr 2015 13:23 (UTC +04:00)

“Dərviş” Bakıda çıxış edib

Moskvanın “Dərviş” Teatrının aktyorları Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çıxış ediblər. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, tamaşanın nümayişindən əvvəl bildirilib ki, “Dərviş” Teatrı Azərbaycanın klassik və müasir dramaturqlarının əsərlərini səhnələşdirir, müxtəlif teatrlarda təqdim edir. Teatr Azərbaycan mədəniyyətinin Rusiyada təbliğ edilməsi istiqamətində indiyədək bir neçə uğurlu layihə həyata keçirib. 

 

Moskva “Dərviş” Teatrı M.F.Axundovun “Sərgüzəşti- vəziri-xani-Lənkəran”, xalq yazıçısı Elçin Əfəndiyevin “Şekspir”, xalq şairi Bəxtiyar Vahabzadənin “Gülüstan”, Üzeyir Hacıbəylinin “Arşın mal alan” tamaşaları ilə müxtəlif teatr səhnələrində çıxış edib. 

 

Daha sonra teatrın kollektivi xalq şairi Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması əsasında hazırlanan eyniadlı tamaşanı təqdim edib.

 

Tamaşanın quruluşçu rejissoru “Dərviş” teatrının bədii rəhbəri Mərdan Feyzullayev, musiqi tərtibatçısı Pyotr Pavloviçdir. Səhnə əsərində Şirzad Pirallahi, İrina Dmitriyevna və Meri Tateşvili rol alıb.

 

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, B. Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 353

Oxşar yazılar

Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən  5 SEVGİ FİLMİ -  VİDEO

Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO

14 iyul 2025 , 14:49
Professor Rəhman Bədəlov  vəfat etdi

Professor Rəhman Bədəlov vəfat etdi

9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

9 iyul 2025 , 19:38
Elman Rəfiyev

Azərbaycanda teatr direktoru istefa verdi

9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

9 iyul 2025 , 12:21