“Boy çiçəyi” səhnəyə qayıdıb
29 fevral 2016 17:19 (UTC +04:00)

“Boy çiçəyi” səhnəyə qayıdıb

Akademik Milli Dram Teatrında “Boy çiçəyi” tamaşası nümayiş olunub. Teatrdan Lent.az-a verilən məlumata görə, xalq yazıçısı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən və yaxud Boy çiçəyi” pyesi əsasında hazırlanan tamaşanın rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemətdir.

 

Tamaşada əsas rolları xalq artisti Fuad Poladov, əməkdar artist Məsmə Aslanqızı, Hicran Nəsirova, Almaz Amanova, Əjdər Həmidov, Sabir Məmmədov və başqaları ifa edir.

 

Ata qayğısından məhrum olan Nargilənin zavod direktoru Həsənzadəyə olan “qarşılıqsız” məhəbbətindən bəhs olunan tamaşada cərəyan edən hadisələr bu günümüzlə səsləşir.

 

Qeyd edək ki, səhnə əsərinin ilk nümayişi 2011-ci il noyabrın 2-də olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 457

Oxşar yazılar