“Baladadaşın toy hamamı”nın premyerası olub
11 mart 2016 15:34 (UTC +04:00)

“Baladadaşın toy hamamı”nın premyerası olub

 

Dünən Azərbaycan Dövlət Musiqili Teatrında xalq yazıçısı Elçinin məşhur hekayələri əsasında hazırlanan “Baladadaşın toy hamamı” iki hissəli musiqili lirik komediyasının premyerası keçirilib. Lent.az-ın məlumatına görə, tanınmış ictimai xadimlərin, sənət adamlarının qatıldığı premyera anşlaqla baş tutub.

Premyera 3 gün ərzində nəzərdə tutulub. Tamaşanın quruluşçu-rejissoru, xalq artisti, “Şöhrət” ordenli Cənnət Səlimova, bəstəkarı Firudin Allahverdi, səhnələşdirəni əməkdar artist Nofəl Vəliyev, quruluşçu-drijoru Fəxrəddin Atayev, quruluşçu-rəssamı xalq rəssamı Tahir Tahirov, baletmeystrləri Yelena və Zakir Ağayevlər, musiqi rəhbəri əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovdur. Tamaşada səslənəcək manhnıların sözləri Vüqar Əbdülova məxsusdur.

Səhnə əsərində rolları xalq artistləri Fatma Mahmudova, Ramiz Məmmədov, əməkdar artistlər Novruz Qartal, Səidə Şərifəliyeva, Çingiz Əhmədov, Nahidə Orucova, Emma Məlikova, aktyorlar Əmrah Dadaşov, Mehriban Zalıyeva, Fərid Rzayev, Gülcahan Salamova, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Əliməmməd Novruzov, Ülviyyə Əliyeva, Məhərrəm Qurbanov, Hüseyn Əlili, Elçin İmanov, Rahib Məmmədov və başqaları ifa edirlər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 331
avatar

Ümidə Həsənova

Oxşar yazılar