Mübariz Tağıyevin səhhəti pisləşib?
18 yanvar 2013 17:26 (UTC +04:00)

Mübariz Tağıyevin səhhəti pisləşib?

Xalq artisti Mübariz Tağıyevin ağır xəstəliyə düçar olduğu, səhhətində ciddi problemlər yarandığı barədə xəbərlər yayılıb. Bununla bağlı Lent.az-a açıqlama verən müğənni bildirib ki, barəsində gəzən söz-söhbətlər səbəbsiz  deyil. “Bir neçə ay öncə ürəyimdən əməliyyat olundum. Bu əməliyyatdan sonra haqqımda şayiələr yaranmağa başladı. İndi bir çoxu ağır xəstə olduğumu düşünüb, mənə zəng edir, hal-əhval tutur. Mənə görə narahat olan insanlara demək istəyirəm ki, narahatçılığa əsas yoxdur. Şükürlər olsun, özümü çox sağlam hiss edirəm”, - deyə müğənni bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1816
avatar

Yalçın UĞUR

Oxşar yazılar