Xalq artisti xəstəxanaya düşdü -  DANIŞA BİLMİR  -FOTO
07 aprel 2021 18:45 (UTC +04:00)

Xalq artisti xəstəxanaya düşdü - DANIŞA BİLMİR -FOTO

Xalq artisti Azər Zeynalov əməliyyat olunub.

Lent.az bildirir ki, səhhəti qəfil pisləşən sənətkar açıq ürək əməliyyatı keçirib. Faktı sənətkarın ailəsindən təsdiq ediblər. Bildirilib ki, o, hazırda danışa bilmir, həkimlər telefonla danışmağına icazə vermirlər:

"Mart ayının 10-da Azər müəllim infarkt keçirmişdi. Həkimlər onun həyatını xilas etmək üçün ürəyinin bir damarəna stent qoydular. Sonradan məsləhət olundu ki, üç həftə  sonra əməliyyat edilsin. Aprelin 2-də Respublika Diaqnostik Mərkəzdə açıq ürək əməliyyatı keçirdi" .

Qeyd edək ki, Azər Zeynalovun 56 yaşı var.(ölkə.az)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4881
avatar

Oxşar yazılar