Əgər siz qaranlıq süjetlərdən və dramdan yorulmusunuzsa, o zaman gülməli detektiv seriallar sizə tam uyğun olacaq. Bu cür seriallar həmişə zarafatcıl, ağıllı və bir az qəribə olur, baş qəhrəmanlar isə heç vaxt ruhdan düşmür, qara yumoru sevir və ən qaranlıq vəziyyətdən belə çıxış yolu tapmağı bacarırlar.
Lent.az sizi darıxdırmayacaq 5 serial toplayıb.
"Yüksək Potensial"
Tək ana Morqan Hillori üç uşaq böyüdür, yüksək IQ-yə malikdir və istintaq şöbəsində təmizlikçi işləyir. Bir gün şöbədə səpələnmiş qətl fotolarına baxır və dərhal anlayır: kim qatil, kim qurban. O, iz qoyaraq kömək etmək istəyir, amma detektivlər düşünürlər ki, Morqan nəsə gizlədir – axı o, qətl haqqında bu qədər məlumatı haradan bilir?
Mübahisələr və ittihamlardan sonra Morqan günahsızlığını və dahiliyini sübut edir. Çoxuşaqlı ana istintaqçılar üçün ştatdankənar məsləhətçi olur. Onun incə detalları necə gördüyünü və cinayətləri necə açdığını izləmək böyük zövqdür.
"Keçmişdən gələn polis 5"
Françayzın əsas qəhrəmanı kapitan Oleq Dolindir. O, 20 ildən çox koma vəziyyətində qalıb, ayıldıqdan sonra yenidən işə qayıdır. İlk mövsümlərdə o, yeni rəqəmsal reallığa uyğunlaşır və bu, onu gülməli situasiyalara salırdı. Son mövsümlərdə isə o, artıq hər şeyə öyrəşib, amma bəzən köhnə üsullardan istifadə edir və buna baxmaq da əyləncəlidir.
Premyerası sentyabrın 29-da ICTV2 kanalında olacaq 5-ci mövsümdə onun layiqli düşməni ortaya çıxacaq. Bu düşmən kapitanın həm həyatına, həm də reputasiyasına zərbə vurmağa çalışacaq. Müəlliflər söz verir: Dolin həyatının ən yaxşı mövsümünü yaşayacaq.
"Sen Pyer"
Şəxsi həyatındakı problemlərə görə inspektor Conu uzaq Sen-Pyer adasına göndərirlər. Yerli polis və detektivlər ona şübhə ilə yanaşırlar, ona görə də Con hələ öz peşəkarlığını sübut etməlidir.
Addım-addım onun və yeni tərəfdaşı Jenevyev Arşambonun arasında etibar və anlaşma yaranır. Con öz komplekslərini dəf etməyə çalışır, üstəlik, o, yuxugörəndir, bu isə çoxlu gülməli anlaşılmazlıqlara səbəb olur. Amma bu, ona və həmkarına adanın qəribə və qaranlıq sirlərini açmağa mane olmur.
"Çelsi Detektivi"
Hər seriyada yeni cinayət və istedadlı inspektor Maks Arnold olur ki, o, hər bir sirri açmağı bacarır. Tamaşaçını həm də incə britaniya yumoru, Çelsi rayonunun gözəllikləri, ehtiras və xəyanət dolu süjetlər, həmçinin müasir londonluların həyatı ilə bağlı səhnələr gözləyir.
Serialın özəlliyi – çətin cinayətlər və inspektor Arnoldun obrazıdır. O, velosiped sürür, su üzərindəki evdə yaşayır və hələ də sevdiyi eksantrik keçmiş arvadı ilə barışmağa çalışır. Burada atışma və partlayışlar əvəzinə yumor və dərin detektiv süjetləri var.
"Yaxşı polis/Pis polis"
Gənc detektiv Luiza (sadəcə Lu) rəisindən – atasından – ona yeni tərəfdaş verməsini xahiş edir. Elə bu vaxt kiçik qardaşı Henrinin də şəhərə qayıtması ilə vəziyyət qarışır – o da polisdə işləyir.
Lu və Henri uzun illərdir ünsiyyətdə deyillər, amma ataları onları tərəfdaş edir. İndi isə onların həm cinayətləri araşdırması, həm də öz münasibətlərini aydınlaşdırması gərəkdir. Kim yaxşı polisdır, kim pis – siz qərar verin. Burada çoxlu gülməli və bəzən gülünc vəziyyətlər var, amma hər şey əyləncəli və ailə abu-havasında keçir.