Roma imperiyası niyə dağıldı?  - Alimlər  AÇIQLADI
03 may 2025 20:15 (UTC +04:00)

Roma imperiyası niyə dağıldı? - Alimlər AÇIQLADI

Tədqiqatçılar İslandiyada Roma imperiyasının son süqutuna iqlim böhranının əsas amillərdən biri olduğunu təsdiqləyən geoloji dəlillər aşkar ediblər. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, eramızın VI əsrində baş verən üç güclü vulkan püskürməsi iqlim böhranına səbəb olub və bu hadisə "Antik Kiçik Buz Dövrü" (Late Antique Little Ice Age) kimi tanınır. Vulkan külü günəş şüalarının qarşısını alaraq təxminən 200-300 il ərzində dünya temperaturunun enməsinə səbəb olub. Bu isə artıq böhran vəziyyətində olan Roma imperiyasının problemlərini daha da kəskinləşdirib və onun tənəzzülünü sürətləndirib.

Araşdırma zamanı Kanadanın Kral Universitetinin alimləri Qrenlandiyadan gəlib İslandiyanın qərb sahillərinə çatan qeyri-adi dağ süxurlarını tədqiq ediblər. Alimlərə görə, bu süxurların yerdəyişməsinə iqlim dəyişiklikləri nəticəsində yaranan buz axınları səbəb olub.

Araşdırmanın aparıcı müəllifi Kristofer Spenser qeyd edib ki, bu süxurların miqrasiyası "buz dağlarının hərəkəti" nəticəsində baş verib. O bildirib: “Buzlaqların qırıntıları ilə yüklənmiş aysberqlər okean axınları ilə daşınır”.

Tədqiqatın digər müəllifi Tom Gernon isə əlavə edib: “Bizim müşahidə etdiyimiz hadisə iqlim sisteminin necə bir-biri ilə əlaqəli olduğunu aydın şəkildə göstərir. Buzlaqlar artdıqca aysberqlər yenidən yaranır, okean axınları dəyişir və landşaftlar dəyişir”.

Live Science nəşri isə Bizans tarixçisinin təxminən 536-cı ildə "günəşsiz səma"nın böyük bir fəlakətin xəbərçisi olduğunu yazdığını xatırladır.

Temperaturun 1,8 – 3,6°F (təxminən -15-16°C) azalması kiçik görünə bilər, lakin bu, kütləvi aclıq və xəstəliklərə, məhsul qıtlığına, mal-qara tələfatına və ərzaq məhsullarının qiymətlərinin kəskin bahalaşmasına səbəb olub.

Nəşrin yekununda bildirilir ki, Roma imperiyası tarixdəki ən böyük imperiyalardan biri olsa da, onun süqutu mübahisəli olaraq qalır, çünki müxtəlif amillər onun süqutuna səbəb olub.

Kanada Kral Universitetinin alimləri hesab edirlər ki, bu "kiçik buz dövrü" imperiyanın böhran həddində olduğu bir vaxtda baş verib. Daxili və xarici problemlərin birləşməsi Roma imperiyasını bərpa olunma fürsəti olmadan sarsıdıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1284

Oxşar yazılar