Məşhur müğənnini niyə dilini kəsməklə hədələdilər? - Məşhurlardan gülməcələr
06 sentyabr 2022 19:29 (UTC +04:00)

Məşhur müğənnini niyə dilini kəsməklə hədələdilər? - Məşhurlardan gülməcələr

Lent.az "Məşhurlardan gülməcələr" silsiləsinə davam edir.

Məmmədbağır Bağırzadə Bakı kəndlərində toylara ən çox dəvət alan müğənnilərdən idi. Bir gün müğənni Maştağada toy aparırmış. O vaxtkı ənənələrə görə, kimsə gəlib müğənniyə şabaş verəndə, müğənni onun şərəfinə bir qəzəl deməli, tərif etməliymiş. Toyun qonaqlarından bir kişi yaxınlaşıb, mahnı sifariş verir, rəqs edir, hər kəs əl çalır. Sonra Məmmədbağır Bağırzadəyə yaxınlaşıb  qəzəl sifariş edir. Məmmədbağır da toylarda hər zaman oxuduğu qəzəli oxuyur:

Bayquş ki, sevib dəhrdə viranəni hər an
İnsanə bu şənlik, belə toyxanə gərəkdir...

Elə bu bəndi deyər-deməz həmin adam rəqsi dayandırıb, cumur Məmmədbağırın üstünə:

- “Sənin dilini kəsərəm, sən kimnən danışdığını bilirsən?”

 Məclis adamları onu qucaqlayıb mağardan çölə çıxarırlar. Mağardan çöldə dava gedir, hamı dava salanı döysə də, o da müğənnini öldürməklə hədələyir. Nə isə, onu bir təhər sakitləşdirib yola salırlar.  Bir nəfər Məmmədbağıra yaxınlaşıb soruşur ki, sən niyə belə elədin, niyə ona sataşdın? Müğənni də təəccüblənir:

- Axı mən nə elədim, qəzəl istədi, qəzəl dedim də.

- Ay kişi, deməyə qəzəl tapmadın? Bu adamı hər kəs "Bayquş" deyə çağırır, onun isə bundan çox qəzəblənir. Sənin bu cür oxumağındən bəkq inciyib. Elə bilib, qəsdən sataşırsan, kimsə öyrədib səni.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5216

Oxşar yazılar

Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən  5 SEVGİ FİLMİ -  VİDEO

Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO

14 iyul 2025 , 14:49
Professor Rəhman Bədəlov  vəfat etdi

Professor Rəhman Bədəlov vəfat etdi

9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

9 iyul 2025 , 19:38
Elman Rəfiyev

Azərbaycanda teatr direktoru istefa verdi

9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

9 iyul 2025 , 12:21