Məşhur aktyorun ölümündən sonra sirləri açıldı
27 sentyabr 2022 17:15 (UTC +04:00)

Məşhur aktyorun ölümündən sonra sirləri açıldı

“Harri Potter” filmlərinin ulduzu Alan Rikmanın gizli gündəlikləri ortaya çıxıb.

Lent.az-ın xəbərinə görə, o, gündəliklərində prostat xərçəngi ilə mübarizə apaprarkən “Harri Potter” filmlərində nə üçün Severus Snap roluna davam etməsi barədə yazıb.

2016-cı ildə xərçəng xəstəliyi səbəbi ilə vəfat edən məşhur aktyor 2005-ci ildə xərçəngə tutulduğunu öyrənmişdi. Oktyabr ayında “Henry Holt & Company” tərəfindən yayımlanacaq və “Madly Deeply: The Diaries of Alan Rickman” adlandırılacaq kitabda aktyorun sağlığında yazdığı gündəliklər və onunla bağlı xatirələr yer alacaq. Bu günə qədər aktyor haqqında bilinməyən bir çox sirlər yayılacaq.

O, xəstə halda çəkiliş meydanlarına nə üçün qayıtdığını bu cümlə ilə ifadə edib: “Hə, yaşayaq görək nə olur. Qaçıb gizlənməklə həyatdan yapışmaq olmaz”

# 2073
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar