Azərbaycanlı rejissor Emil Quliyevin köməkçisi ondan müsahibə almaq istəyən jurnalistlərə maraqlı bir cavab verib.
Lent.az-ın məlumatına görə o, Emil Quliyevdən bir saatlıq müsahibə üçün 500 manat tələb olunduğunu bildirib.
Qeyd edək ki, Emil Quliyev bu günlərdə yayımlanan və populyarlıq qazanmış “Əqrəb mövsümü” serialının baş rejissorudur.