"Akif İslamzadə dünən gecə saat 1 radələrində ürəyin ön divarının kəskin böyük infarktı ilə Mərkəzi Gömrük Hospitalına müraciət edib".
Lent.az-ın xəbərinə görə, bu barədə APA-ya açıqlamasında Mərkəzi Gömrük Hospitalının Kordologiya şöbəsinin rəisi İlqar Tahiroğlu məlumat verib.
O bildirib ki, həmin vaxt Akif İslamzadənin səhhətində yaranmış problemlərlə əlaqədar olaraq, dərhal təcili-təxirə salınmaz tədbirlər görülüb:
"Ürəyin ən böyük damarı tamamilə tıxanmışdı. 100 faiz tıxanıqlıq və tromp var idi. Dərhal müdaxilə edildi və stent implantasiyası olundu. Bir gün reanimasiyada qaldıqdan sonra stasionar şöbəyə yerləşdirildi. Hazırda vəziyyəti stabildir".
***
08:44
Müğənni Akif İslamzadə xəstəxanaya yerləşdirilib.
Lent.az xəbər verir ki, Axşam.az-ın əldə etdiyi məlumata görə, müğənni infarkt keçirib.
Təcili yardımın ilkin müdaxiləsindən sonra A. İslamzadə xəstəxanaya aparılıb.
İfaçının oğlu Ayxan İslamzadə atasının hazırda xəstəxanada olduğunu deyib:
“Həkimlər baxış keçirir”.