Qara Qarayevin Ev Muzeyində Polad Bülbüloğlu ilə görüş keçirildi
08 fevral 2020 17:14 (UTC +04:00)

Qara Qarayevin Ev Muzeyində Polad Bülbüloğlu ilə görüş keçirildi

Fevralın 7-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı Qara Qarayevin Ev Muzeyində görkəmli bəstəkar, müğənni və ictimai xadim, Xalq artisti Polad Bülbüloğlu ilə görüş keçirilib. 

APA-nın məlumatına görə, görüşdə bəstəkarın sənət yoldaşları, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova və Qara Qarayevin Ev Muzeyinin filial müdiri Züleyxa Bağırova-Qarayeva çıxış edərək qonaqları salamlayıb, yubilyar haqqında xoş sözlərini bildiriblər.  
Sonra P. Bülbüloğlu çıxış edərək hər dəfə  Bakıya gələndə Qara Qarayevin Ev Muzeyini ziyarət etmək istəsə də işlərinin çoxluğundan bu istəyinin baş tutmadığını bildirib: "Hər dəfə partutura yazdıqda Qara müəllimin obrazı gözlərimin önündə canlanır, onun səsini eşidirəm. Mən onun sinfində təhsil almışam, ilk illər bizim aramızda yalnız müəllim-tələbə əlaqəsi olsa da sonradan bu münasibətlər daha da dərinləşdi".

P.Bülbüloğlu qeyd edib ki, konservatoriyada oxuduğu müddətdə Q.Qarayev mahnılarını bəyənməsə də imtahan günü tövsiyyələr verib: ""Ayrılıq" mahnısını yazanda qulaq asdıqdan sonra təəccübünü gizlətmədi, uğurlu kompozisiya olduğunu söylədi. Bu mahnı sonradan məni populyar elədi".

"Qara Qarayevin yaradıcılığı əsrlər keçdikcə yaşayacaq, daim diri qalacaq. Biz ondan həm insan, həm də bəstəkar kimi çox şey öyrənmişik. Düzdür, mən onun digər evinə çox gəlib-getmişəm. Lakin bu gün burada, Qara Qarayevin ocağında olmaq mənim üçün çox xoşdur", - deyə P.Bülbüloğlu vurğulayıb. 

Görüşün bədii hissasində Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ulviyyə Hacıbəyova, Beynəlxalq Müsabiqə laureatları Fəxri Kazım Nicat, Azərbaycan Dövlət Akademik Opera va Balet Teatrının solisti Taleh Yəhyayev, Mahir Tağızadə və F.Əmirov adına onbirillik İncəsənət Məktəbinin şagirdi Rafiz İbrahimovun ifalarında Polad Bülbüloğlunun əsərlərindən ibarət konsert proqramı təqdim olunub. 

Görüş zamanı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kolleksiyaları əsasında hazırlanmış Polad Bülbüloğlunun həyat va yaradıcılığını əks etdirən slayd-şou nümayiş etdirilib.

Görüşün sonunda qonaqlar muzeylə tanış olublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3976

Oxşar yazılar

Kefinizi açacaq 5  məzəli film   -  VİDEO

Kefinizi açacaq 5 məzəli film - VİDEO

17 iyul 2025 , 19:46
Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi

Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi

17 iyul 2025 , 16:25
Özünüzü  tapmağa   kömək edəcək  6 film   -  VİDEO

Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO

16 iyul 2025 , 17:16
Çətin dövrlərdə sizi rahatlaşdıracaq  5 film   -  VİDEO

Çətin dövrlərdə sizi rahatlaşdıracaq 5 film - VİDEO

16 iyul 2025 , 15:33
Gənc yazıçı motosiklet qəzasında  ağır yaralandı - FOTO

Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı - FOTO

16 iyul 2025 , 11:25
Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51