Məmməd Səfa: “Vaqif İbrahimoğlunun yoxluğunu hiss etmirəm” – SÖHBƏT
Qonağım “Yuğ” teatrının aktyoru, İncəsənət universitetinin dosenti Məmməd Səfadır. Bu günlərdə biz Aqil Abbasın “Dolu” filminin premyerasında görüşmüşdük və mən onu bir fincan qəhvəyə dəvət etmişdim.
- Səni ilk dəfə “Yuğ” teatrının səhnəsində görmüşəm. Bəlkə də daha əvvəllər tanış olmuşduq, çünki ümumi dostlarımız, tanışlarımız vardı. Bizim tanışlığımızda mərhum rejissorumuz Vaqif İbrahimoğlunun və aktyor Vidadi İsmayılın “xüsusi” xidmətləri olub. O zamanlar “Yuq” teatrının ayrıca binası yox idi, Akademik teatrın çardağında “yaşayırdı”. O zamanlar biz də cavan idik, hər halda mən özümü nəzərdə tuturam – mən vaxtından çox tez qocaldım. Yadındadı, hər tamaşadan sonra bir qrup adam gecə yarısına qədər «Yuğ»un çardağında çay süfrəsi arxasında uzun-uzadı sənət söhbətləri edərdik, sonra metroya tələsirdik. Adımız-sanımız, pulumuz-paramız yox idi, amma xoşbəxt idik. Sən o günləri, Dram Teatrının monsardanı necə xatırlayırsan?
- Doğurdan da gözəl günlər idi. Bilmirəm, bəlkə zaman keçdikdən sonra xəyalən o günlərə qayıtmaq bizə xoş gəlir. Bəlkə də bu bir nostalji duyğusudur. Sən məni təxminən iyirmi beş il öncələrə apardın, yaşadığımız ömrün o uzaq günlərinə ekskursiya elədim. Gəl, elə Vaqif İbrahimoğlundan başlayaq, mən hesab eləmirəm ki, biz Vaqif müəllimi itirmişik, onun ruhu bizim teatrda yaşayır. Yeri gəlmişkən, sənin bir yazını xatırladım - «Andrey Tarkovski kinonun şairi». O yazı yaxşı yadımdadı, elə sənin təbirincə desək, Vaqif İbrahimoğlu teatrın şairi idi.
90-cı illərin əvvəlləriydi, Vidadi əl boyda bir şeir kitabı gətirmişdi. Orda bir şeir vardı –
qar yağır
qar yağır
qar yağır
Bəyaz pendir, qara çörək, qırmızı çaxır
qar yağır
qar yağır
O kitab sənin «güzgüdəki adam»ın idi. O kitab bizim teatrda əl-əl dolaşdı, sonra Vidadi ilə kitabda toplanmış şeirlər əsasında bir kompozisiya hazırladıq, və o kompozisiyanı həvəskar kamera ilə çəkdik. Sonra o kompozisiya Vidadi müəllimdə qaldı. Qəribədir, Akademik teatrın çardağında nə isə xüsusi bir atmosfer vardı, bəlkə də bu «Yuğ»un aurasıydı, məndə belə bir hissiyat var ki, sənin şeirlərini oxuyanda Vidadi gəlir gözlərimin önünə, Ramiz Rövşəni oxuyanda yenə Vidadi yadıma düşür. Vidadi Ramiz Rövşənin və sənin şeirlərinə musiqi bəstələyib, özü də o nəğmələri ifa edir. Mənə elə gəlir ki, o nəğmələri Vidadinin özündən başqa heç kim oxuya bilməz.
Rəhmətlik Vaqif İbrahimoğlu Ramiz Rövşənin, Vaqif Bayatılının və sənin şeirlərinin motivləri əsasında maraqlı poetik səhnələrə quruluş vermişdi, «Bəyaz qadının portreti» teatr festivalında uğur qazanmışdı.
«Yuğ» teatrında sənin yaradıcılıq gecəni xatırlayıram, 2005-ci ilin payızıydı, sənin «Vernisaj» adlı kitabın çap olunmuşdu.
- «Tələbə kimiydik – böyük arzularımız, ümidlərimiz vardı. Mən hələ də özümü «əbədi tələbə» kimi hiss edirəm, və sentimental görünməkdən heç də çəkinmirəm. Dünən yağış yağırdı, o yağışda Ramiz Rövşənin misralarını xatırladım...
Sentimental bir yağış piano dilləri tək
döyür, döyünür küçələri,
Bu yağışda pişiklər də həzinləşər
öpmək istər sərçələri...
Hayıf ki, dünən yağan yağış tez kəsdi. Nə isə, yağış da bir bəhanədi. Aktyorlar, hardasa bir az sentimental adamlardı, hər axşam səhnəyə çıxıb başqa bir insanın həyatını yaşamalı olursan.
- Bir gecə oyandım yağış səsinə
bilmədim hardayam, kiməm, nəçiyəm.
Göylərdən qovulmuş mələyəm bəlkə,
bəlkə də bir sərxoş meyxanəçiyəm.
Necə inanırdım bəxt ulduzuma
mən sözün sehrinə bel bağlayırdım
gecələr yuxuma girərdi Allah
mən ona sirr verib sirr saxlayardım
Bu misralar da sənin “Gecə yağışı” şeirindəndi. Ovqatımın müxtəlif vaxtlarında yağış mənim qəlbimdə müxtəlif duyğular oyada bilər-amma mən özümü sentimental adam hesab etmirəm. Hər axşam səhnəyə çıxıb başqa-başqa insanların həyatını yaşamaq məncə sentimentalizm deyil, aktyor taleyidi, aktyor ömrüdü. Və mən aktyoram. Səhnədə cərəyan eləyən hadisə gerçəkliyin özü deyil, onun oxşarıdır.
Aktyor sənətkar kimi obrazlarla düşünür və obrazlar vasitəsi ilə həyata münasibətini bildirir. Teatrın obyekti insandır, insan faktorudur. Bu tendesiya ədəbiyyata, poeziyaya, rəssamlığa da aiddir Klassik dramaturgiyada, Şekspirdən üzü bəri bütöv fəlsəfi sistemlər, konsepsiyalar mövcuddur.
- Rəssamlar, şairlər, aktyorlar alkoqola meyilli olurlar. Deyirlər alkoqol sənətkara ilham verir, özgüvən və azadlıq duyğuları yaradır. Bir qədəh şərabla aran necədir?
- Yox, mən heç vaxt içkiyə meyilli olmamışam, alkoqolun yaratdığı illüziya mənə yaddır desəm, inan. Amma istedadlarını alkoqola qurban vermiş sənət adamları görmüşəm. Teatrda boşluq yarananda mən sıxılaram, belə günlərdə sentimental yağış mənim qəlbimdə kədərli duyğular oyadır.
- Bu depressiyadırmı?
- Yox. Allaha şükür olsun mən depressiyaya düşmürəm, sadəcə bir qədər bədbinləşirəm. Belə günlərdə musiqi mənim dadıma çatır, musiqi məni depressiyadan qoruyur. Musiqi mənim ruhuma sirayət eləyir, bütün vücudumla özümü musiqinin qoynuna atıram, musiqi Tanrının insana bəxş etdiyi ilahi ərmağanıdı. Burda tam səmimiyyətimlə deyirəm, musiqi məni sanki mistik bir aləmə aparır.
- Musiqi mələklərin danışdığı dildi. Musiqi Qərbdə İlham pərisi mənasında başa düşülən Muza sözündəndir. Yunan mifologiyasında Muza Zefsin qızıdır.
- Klassik musiqini dinləməkdən böyük zövq alıram, sanki ruhum dincəlir. Mən hesab edirəm ki, musiqi sənəti də çox mürəkkəb sənətdi. Şairin qələmi, rəssamın fırçası, cərrahın neştəri olur, bəs səhnədə aktyorun nəyi var? Aktyorun ruhu var, aktyorun silahı onun ruhudur. Bizim sənətimiz ruhla bağlı sənətdir. Bir insan ömrü aktyor olmaq üçün bəs eləmir. Sənət deyilən aləmin həddi-hüdudu yoxdu.
- Toğrul Nərimanbəyov deyir ki, əlli il ərzində rəssamlıq sənətinin bütün sirlərinə vaqif oldum, cizgilərin, rənglərin, işığın, kölgəsinin sirrini çözdüm, bilirsən də Toğrul Nərimanbəyov həm də virtoz musiqiçidir, onun gözəl səsi var, amma musiqi hələ də mənimçün bir müəmma olaraq qalır.
Vaqif İbrahimoğlunun ölümündən sonra onun yaratdığı teatrda çalışmaq sənə çətin gəlmədi ki?
- Vaqif bizim müəllimimiz idi, müəllimimiz olaraq da qalacaq. Biz onun teatr estetikası ilə yetişmişik. Mən səhər tezdən teatra gedirəm, çox vaxt teatrın qapısını mən açıram. İçəri girəndə Vaqifin portretini görürəm. Mən onun yoxluğunu hiss etmirəm, doğrudan hiss etmirəm.
- Məmməd teatrda son işiniz haqqında bir-iki kəlmə?
- Rejissor Gümrah Mirzə Fətəli Axundovun əsərləri əsasında «Naməlum Axundzadə» tamaşasını səhnələşdirib. İndi Gümrah yeni bir tamaşa üzərində işə başlayıb.
- Bəs sən özünü rejissor kimi sınamaq istərdinmi?
- Yox, heç vaxt. Hərə öz işini görsə, yaxşıdı. Universitetdə tələbələrimlə tamaşalar hazırlayıram. Amma Vaqif müəllim vardı, Azər Paşa Nemətov var.
- Deyirlər ki, rejissorlar kiçik tiranlardır, amma tanıdığım rejissorlarda mən bunu görmədim. İllərlə Hüseynağa Atakişiyevlə, Vaqif İbrahimoğlu ilə dostluq etmişəm, Vaqif Mustafayevlə, Əbdilqəni ilə oturub-durmuşam.
- Mən də görməmişəm. İllərlə Vaqif müəllimlə işləmişik, onda «rejissor xəstəliiyi» deyilən şey görməmişəm, sayğı və qayğı görmüşəm. Azər Paşa müəllimlə işləmişəm, ondan da qayğı görmüşəm. Azər Paşa müəllimlə sonuncu işimiz «Afinalı Timon» oldu. Vidadi də həmin tamaşada oynayırdı.
- Sən teatr aktyorusan. Son illərdə bizim kino rejissorlarımız nəhayət ki, səni gördülər, əslində sən həmişə göz qabağında idin. Oqtay Mirqasımovun iki filmində əsas rollarda çəkildin. Aktyor ömrü, aktyor taleyi olduqca qəribə taledir. Aktyorun ömrü teatr səhnəsi ilə çəkiliş meydançası arasında, sanki reallıqla irreallıq arasında keçib gedir.
- Birbaşa teatrdan başlayacağam - «Yuğ» teatrından. «Yuğ» teatrı mənim üçün nədir? Müəllimin sağlığında aramızda belə bir söhbət olmuşdu. Bu teatrla kino nə dərəcədə bir-birinə yaxındır, teatrla kino nə dərəcədə bir-birini tamamlayır? Bizim teatrla bağlı fikirlərmi bölüşmək istərdim. «Yuğ» teatrı aktyoru həmişə iri planda təqdim eləyib. Kinoda da belədi. Teatrda aktyor müəyyən tamaşaçı konteksti qarşısındadır, kino isə daha mütəhərrik sənət sahəsidi. Aktyor illərlə bir teatrda çalışır, amma bəzən onu geniş tamaşaçı kütləsi demək olar ki, tanımır, kino isə aktyoru bir gündə məşhurlaşdıra bilər. Teatrda aktyor tamaşaçı ilə üz-üzə, göz-gözədir. «Yuğ» teatrı kütləvi tamaşaçıya hesablanmayıb, burda yalan danışmaq, tamaşaçılara kələk gəlmək mümkün deyil. 80-100 nəfərlik teatrla məsələn, 1000 nəfərlik teatr arasında böyük fərqlər mövcuddur. Bu mənada mən Pantomima teatrını yüksək qiymətləndirirəm, orda çox ciddi yaradıcılıq prosesləri gedir. Yaxşı mənada mən o uşaqlara qibtə eləyirəm. Kino da mənimçün çox önəmlidir, düzü kinoda işləmək mənim üçün heç vaxt çətinlik yaratmayıb. Özüm üçün müəyyən eləmişəm ki, «Yuğ» teatrında tərbiyə almış aktyor başqa bir məkanda özünü narahat, yabancı hiss edə bilməz. Bizim çox istedadlı aktyorlarımız var, indi teatrda maraqlı proseslər gedir, kino bir az da bəxt məsəlisidi, rejissorlarımız istedadlı aktyorlara şans verməlidirlər. Filmin müəllifi əlbəttə rejissordu. Hər aktyor filmlərdə yer almaq istəyir, bu təbiidi, kiminsə bəxti gətirir, rejissor onu görür, seçir, filmlərə dəvət edir. Bir başqasına isə bu xoşbəxtlik nəsib olmur, amma bu o demək deyil ki, rejissorların görmədikləri aktyorlar istedadsız aktyorlardı. Aktyor üçün özünü realizə etmək bəzən onun öz əlində olmur. Mən maksimalist adamam, mən ya varam, ya da yoxam. Mən hesab edirəm ki, kinoda çəkilməsinə rəğmən aktyor teatrdan ayrılmamalıdır.
- Bir neçə gün öncə biz Aqil Abbasın ssenari müəllifi olduğu «Dolu» filminin premyerasında görüşdük. Komandir (Məmməd Səfa bu filimdə erməni işğalçılarına qarşı vuruşan batalyonun komandiridir) mən hələ də o filmin təəssüratı içindəyəm. Mənə elə gəlir ki, sən filmdə öz içindəki məni oynayırdın.
- Çox çətinliklə başa gələn film idi, çünki çox çətin səhnələri vardı, həm fiziki, həm də psixoloji mənada deyirəm. Fürsətdən istifadə eləyib o ağırlığı çiyinlərində daşıyan insanlara - Aqil Abbasa, rejissor Elxan Cəfərova, ikinci rejissora, filmin quruluşçu rəssamına, ümumiyyətlə bütün yaradıcı heyətə təşəkkür etmək istəyirəm. Mən bu filmi Elxan Cəfərovun uğuru hesab edirəm. Söhbət Vətəndən gedir, düşmən tapdağında qalmış torpaqlardan gedir. Bu mənada sən haqlısan hardasa mən öz içimdəki vətəndaşı oynayırdım. Bəlkə elə Aqil Abbas da mənim kimi düşünür. Bu filmin araya ərsəyə gəlməsində onun xüsusi xidmətini bir daha vurğulayıram. Bu film təkcə Azərbaycanda deyil, bütün dünyada göstərilməlidir. Filmin böyük bir hissəsi İsmayıllıda çəkilib, çəkiliş zamanı yaralananlar oldu, Aqil Abbas ayağını sındırdı....
***
Məmməd Səfa tələsir. Onun teatrda məşqi var. Mən onu metroya qədər ötürürəm. Yolda övladlarımızdan, məişət qayğılarımızdan danışırıq. O, övladlarının aktyor olmasını istəmir. Ağır sənətdir deyir, qoy başqa peşənin qulpundan yapışsınlar. O, zarafat eləmir. O, səmimi və ciddidir. Ayrılanda görüşərik komandir deyirəm, bayaqdan bəri Məmməd deyəsən ilk dəfədi gülümsədi...

2459