Kral ailəsi
02 aprel 2021 18:17 (UTC +04:00)

Kral ailəsi

Kral ailəsi və uşaqlarının SƏRT QAYDALARI

Britaniya kral ailəsinin və uşaqlarının özünəməxsus qaydaları açıqlanıb. Sərtliyi ilə seçilən bu qaydalar hər kəsin təəccübünə səbəb olub.

Lent.az xarici KİV-ə istinadən kral ailəsinin övladlarına məxsus qaydaları təqdim edir:

Ləqəblərə icazə verilmir

Həm böyüklər, həm də uşaqlara ləqəb, təxəllüsdən istifadə etməyə icazə verilmir. Amma bu qaydanın bəzən ailə daxilində dəfələrlə pozulduğu bildirilir.

Geyim qaydaları

Kral ailəsində doğulan uşaqlar istədikləri kimi geyinə bilməzlər. Oğlan uşaqları 8 yaşına kimi şort, qız uşaqları isə don geyinməlidilər.

 

Kral ailəsi

Selfi və  imza qadağası

Bu uşaqlara tək və ya pərəstişkarları ilə birgə selfi etmək, onlar üçün öz fotolarını imzalamaq qadağası var.  

Oyun oynamaq olmaz

Ən qəribə qadağa oyun qadağısıdır. Kral ailəsi uşaqlarına məşhur “Monopoly” oyununu oynamağı qadağan edir. Ailə düşünür ki, bu cür oyunlar asılılıq yaratmaqla yanaşı, həm də ailədaxili problemlərə səbəb ola bilər.

 

Xarici dil öyrənmək vacibdir

Uşaqların gələcəkdə rəsmi görüşlərdə iştirakını düşünən kral ailəsində belə bir qanun var: Uşaqlar ən azı bir xarici dil bilməlidilər.

Verilən bütün hədiyyələri qəbul etməlidilər

Kral ailəsinin üzvləri və uşaqları liderlərin, vətəndaşların onlara verdikləri hədiyyələri qəbul etməlidilər. Bu hədiyyəni özləri üçün deyil, kral ailəsi adına əldə edirlər. Verilən bəzi hədiyyələr bağışlana bilər.

Rahat əyləşmək olmaz

Kral ailəsinin üzvləri və uşaqları ayaq üzərində dayanarkən ayaqlarını bir-birindən uzaq saxlamamalı, çiyinlər eyni məsafədə olmalı, bel sütünunu düz saxlanılmalı, çənə azca yuxarı qalxmalı və əllər heç vaxt cibdə olmamalıdır. Əyləşən zaman isə ayaqlar çarpaz və ya düz saxlanılmalıdır.

Qadınlar evlənənə qədər tac taxa bilməzlər

Tac qadının mədəni durumunu göstərir. Yəni, qadın tac taxırsa, bu onun evil olduğunu göstərir. Ona görə də subay qadınlar tacdan istifadə edə bilməzlər.

Yemək qaydaları

Kral ailəsinin protokol qaydasına əsasən  yemək ilk olaraq kraliçaya servis edilir. Kraliça yeməyə başladıqdan sonra qonaqlar və ailə üzvləri yemək yeyə bilər və o bitirdikdən sonra hər kəs yeməyi bitirməlidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4047
avatar

Nigar Adil

Oxşar yazılar