İntellekt həyatın hər sahəsində üstünlük kimi görünə bilər, amma hər zaman həyatı asanlaşdırmır. Yüksək zəkaya sahib insanlar üçün bəzən gündəlik vəziyyətlər əsl sınağa çevrilir. Çünki onların dərin təhlilə və mənaya öyrəşmiş beyni səthilik, xaos və həddindən artıq yüklənməyə qarşı həssas olur.
Lent.az xarici mediaya istinadən ağıllı insanların tez yorulmasının 8 səbəbini izah edir.
1. Yorucu səthi söhbətlər.
Ağıllı insanlar üçün “necəsən?” kimi sadə suallar və hava haqqında ifadələr psixoloji cəhətdən tükəndirici ola bilər. Onlar intellektual stimulu az hiss edir və özlərini təcrid olunmuş kimi görürlər.
Həll yolu: söhbəti incə şəkildə maraqlı mövzulara yönləndirmək və ya belə ünsiyyətə məhdud şəkildə qoşulmaq.
2. Çox işin eyni anda görülməsi və davamlı diqqət dəyişikliyi.
Gün ərzində e-poçtlar, zənglər, mesajlar və analitik işlər arasında parçalanmaq konsentrasiyanı azaldır. Hər diqqət dəyişikliyi beyində “fantom vərəqlər” kimi qalaraq enerjini aparır.
Həll yolu: oxşar tapşırıqları bir yerə toplamaq və dərin iş üçün fasiləsiz zaman blokları ayırmaq.
3. Məqsədsiz görüşlər.
Aydın məqsədi olmayan uzun iclaslar intellektuallar üçün ciddi resurs itkisi yaradır.
Həll yolu: görüşlərdə dəqiq məqsəd qoyulmasını tələb etmək və asinxron iş formatlarını təklif etmək.
4. İnformasiya səsi (şumu).
Xəbərlər, mesajlar və spam axını insanı sanki davamlı səs içində yaşamağa məcbur edir. Ağıllı insanlar isə mənaya, yoxsa düşünmədən informasiya istehlakına üstünlük verirlər.
Həll yolu: “rəqəmsal fasilələr” etmək və məlumat axınını məhdudlaşdırmaq.
5. Manipulyasiya və emosional oyunlar.
İntellektuallar saxtakarlığı, toksik davranışı və gizli aqressiyanı dərhal hiss edirlər. Bu isə intensiv işdən belə çox yorur.
Həll yolu: şəxsi sərhədlər qoymaq və belə insanlarla təması azaltmaq.
6. İnkişafın olmaması.
Avtomatik şəkildə işləmək və yeni çağırışların olmaması daxili apatiya yaradır.
Həll yolu: yeni layihələr tapmaq, öyrənmək və mühit dəyişmək.
7. Anlaşılmama hissi.
Ətraf mühit onların düşüncə tərzini paylaşmadıqda, intellektuallar təklik hissi yaşayır.
Həll yolu: hətta bir nəfər də olsa, ideyalarınızı dəstəkləyən insan tapmaq.
8. Saxta pozitivlik.
Məcburi “korporativ optimizm” və ya qeyri-səmimi emosiyalar tez yorur. Ağıllı insanlar üçün dürüstlük daha rahatdır, hətta xoş olmayan hallarda belə.
Həll yolu: səmimiyyətin dəyərli olduğu mühit seçmək.