“Həyat 40 yaşdan sonra başlayır”, deyirlər. Siz 40 yaşınızda olarkən 20, 30 yaşlı qadınlara nələri məsləhət görərdiniz? 
Lent.az  xarici KİV-ə istinadən gənc xanımlara gələcək həyatlarında “kaş ki” deməmək üçün  40 yaşı olan qadınların məsləhətlərini təqdim edir:
- Özünüzü sevin və olduğunuz kimi qəbul edin
- Ruhunuzu zənginləşdirin
- Dəstək ala biləcəyiniz insanların imkanlarından yararlanın
- Səmimi olun
- Başqaları üçün deyil, özünüz üçün yaşayın

- Çalışın heç kimə güzəşt etməyin
- Bacardığınız qədər səyahət edin
- Hər hadisəyə görə narahat olmayın

- Özünüzü kimləsə müqayisə etməyin
- İnsanların sizə qarşı ədalətli olacağını unudun
- İş sahəsində uğurlu qadın olun. O zaman hər kəs sizi sevməyə və hörmət etməyə məcbur olacaq

- Gələcəyiniz üçün yatırım edin
- Özünüzü, digər insanları bağışlayın. Kindən, nifrətdən uzaq yaşayın
- Mənfi enerji aldığınız insanlara vaxt ayırmayın

- “Yox” deməyi öyrənin
- Həyatınıza daxil edəcəyiniz insana “hə” demədən öncə, yaxşı tanıyın
- Kiçik hədiyyələrdən xoşbəxt olmağı bacarın
- İnsanların haqqınızda nə fikirləşdiyini önəm verməyin
