30 il  evindən çıxamayan   qadın: Hamı ŞOKDADIR
05 iyun 2026 18:43 (UTC +04:00)

30 il evindən çıxamayan qadın: Hamı ŞOKDADIR

0

Polşanın Krakov şəhərində yaşayan 50 yaşlı Maqdalena adlı qadının 30 il ərzində yaşadığı mənzildən kənara çıxmadığı məlum olub. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, hadisə yerli sakinlərin eyvanlarda və giriş hissələrdə kömək qeydləri tapmasından sonra üzə çıxıb.

Məlumata görə, qeydlərdə kömək üçün qısa yalvarışlar və bina sakinlərindən birinin qızı haqqında məlumat var idi.İlkin müdaxilələr nəticə verməsə də, sonradan yaşlı qadın qonşulara şəxsən müraciət edərək kömək istəyib. Bundan sonra sosial xidmət əməkdaşları mənzilə daxil olublar.

Mənzildə olan qadının atası əvvəlcə otaqlardan birinin qapısını açmaq istəməyib. Həmin otaqda 50 yaşlı Maqdalena aşkar edilib. Məlumata görə, qadın uzun illər normal ictimai həyat sürməyib, işləməyib və tibbi xidmətlərdən məhdud şəkildə yararlanıb. Qadının vəziyyətinin ağır olduğu bildirilir. Qeyri-rəsmi məlumatlara əsasən, o, güclü ağrılardan əziyyət çəkib və təcili tibbi yardıma ehtiyac duyub.

Xəstəxanaya çatdırıldıqdan sonra Maqdalenaya qarın boşluğunda təcili əməliyyat aparılıb. Sosial xidmət nümayəndələri qadınla əlaqənin saxlanıldığını və hazırda əsas məqsədin onun sağalmasını təmin etmək olduğunu bildiriblər.

Hadisə ilə bağlı polis və prokurorluq araşdırmaya başlayıb. İstintaq çərçivəsində qadının uzun illər ərzində laqeyd münasibətə məruz qalıb-qalmadığı araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 226

Oxşar yazılar