Ötən gün müğənni Ülvi Qılıncın xalq artisti Zülfiyə Xanbabayeva haqqında sözlərinə xalq artistinin prodüseri Nigardan cavab gəlib. Lent.az-a açıqlama verən prodüser Ülvini Qılıncın sözlərinin əsassız olduğunu söyləyib. “Ülvi Qılıncının söylədikləri yalandır. Çünki Zülfiyyə Xanbabayeva toylara getməyib, getmir” deyə prodüser bildirib.
Qeyd edək ki, müğənni Ülvi Qılınc Lent.az-a açıqlamasında həmkarı Zülfiyyə Xanbabayevanın ara mahnıları oxuduğunu deyib: “Xalq artisti olan Zülfiyyə Xanbabayeva bir zamanlar ara mahnıları oxuyurdu. Yadımdadır, o zaman Zülfiyyəni belə təqdim edirdilər: “Çıxış edir, restoranın solisti Zülfiyə Xanbabayeva”. Burda ayıb nə var ki? Ancaq onlar ara mahnılar oxuduqlarını unudublar”.
Yalçın Süleymanov