Klipmeyker Nail Naiboğlu müğənni Zarina Məmmədova üçün yeni klip çəkib. Bu barədə Lent.az-a müğənninin mətbuat katibi Türkan Məmmədli məlumat verib. O, bildirib ki, müğənninin ifa etdiyi və sözləri Leyli İsrafilovaya, musiqisi Hakan Erola məxsus olan “Qayıtmadı” mahnısına çəkilən klipdə tərəf müqabili olaraq gənc teleaparıcı və musiqiçi Sami Orucu seçib.
“Qatyıtmadı”nın süjet xəttində iki gəncin sevgisindən bəhs olunur. Bir neçə obrazı canlandıran müğənninin imici üzərində stilist-vizajist Elnur Həsənov çalışıb.
Klipin prodüseri Pərviz Oqtayoğlu, operatoru Elmir Süleymanov və montaj müəllifi Emin Muradovdur.