Müğənni Xatun həmkarı Vasif Məhərrəmli ilə eşq yaşaması barədə yayılan söz-söhbətlərə aydınlıq gətirib. Lent.az-n məlumatına görə, Xatun ötən gün keçirilən tədbirlərin birində həmkarının ailə qurmağa hazırlaşdığını və bunun üçün ilk addım atdığını söyləyib.
“Vasif Məhərrəmli nişanlanıb. Ona görə də istəyirəm ki, haqqımızda gəzən şayiələrə bir münasibət bildirsin. Bu cür söz-söhbətlərin yayılması məni məmnun etmir. Çünki o, mənim bu sənətə gəlməyimdə pay sahibidir. Mən ilk onun yanında el məclislərinə getmişəm. Vasif sadəcə mənim dostumdur” – deyə Xatun əlavə edib .