Sevgilisi Faiq Ağayevi konsertində tək qoymadı
28 dekabr 2012 11:50 (UTC +04:00)

Sevgilisi Faiq Ağayevi konsertində tək qoymadı

Xalq artisti Faiq Ağayevin Heydər Əliyev Sarayında “F.A VİDA” adı altında keçirilən 4 günlük konsertinə dekabrın 27-də start verilib. Lent.az-ın məlumatına görə, konsert müğənninin 25 illik səhnə fəaliyyətinə həsr edilib. Konsertdə ifaçı bu günə qədər ifa etdiyi 27 mahnını canlı oxuyub. Müğənnini konsert zamanı xüsusi dəvət olunmuş rəqqaslar və “Spayder” rəqs qrupu müşayiət edib. Konsert zamanı müğənni illərdir, həyata keçməyən arzusunu dilə gətirib: “Uşaqlıqdan ən böyük arzularımdan biri aktyor olmaqdır. Çox istərdim, aktyor olum. Bu, mənim nakam arzumdur”.

 

 

Konsert zamanı müğənninin ifa etdiyi və rejissor Ülviyyə Könülün ekran həyatı verdiyi  “Əlvida” adlı mahnının klipi tamaşaçılara təqdim olunub. Konsertin sonunda təəssüratlarını bölüşən ifaçı konsertin yaxşı keçdiyini və bəzi media nümayəndələrinin konsertinə gəlmədiyini diqqətində saxladığını söyləyib: “Konsertin ilk günündə, hər şeydən razı qaldım. Bircə bəzi tamaşaçılardan narazı qaldım ki, 18:00-da başlayan konsertin 19:00-da başladığını zənn edərək 1 saat gecikdilər. Tamaşaçıları qınamıram. Çünki Heydər Əliyev Sarayında keçirilən heç bir konsert 18:00-da başlamayıb.  Buna baxmayaraq, bu işdə də ilkə imza atdım. Bunu mən, F.A etdi. Artıq saat 19:00-da zal tam dolmuşdu. Lakin media üçün ayırdığım 5-6 yer boş qalmışdı. Bəzi jurnalistlər gəlməmişdi. Qonaqlar arasında mənim sevdiyim qadın da var idi. O, tamaşaçıların sırasında əyləşməmişdi. Kulisin arxasında mənimlə idi. O, 4 gün keçiriləcək konsertimin dördündə də yanımda olacaq”.

 

 

Onu da qeyd edək ki, konsertin sonunda müğənni konsertin niyə məhz “F.A VİDA” adlandırmasının səbəbini açıqlayıb: “Konsertin adında qeyd olunan Vida sözünün mənim bu səhnədən vidalaşacağım anlamına gəlmir. Vida sözündə ola Vİ, Rum rəqəmi ilə 6 rəqəmidir. Bu da o deməkdir ki, F.A – nın konserti Vİ-Da başlayır”.

# 3777
avatar

Yalçın UĞUR

Oxşar yazılar