“Eurovision-2012” Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Səbinə Babayevanın depressiyaya düşdüyü haqqında şayiələr yayılıb. Buna səbəb kimi müğənninin müsabiqədə Azərbaycanın dördüncü yeri tutmasını hələ də qəbul edə bilməməsi göstərilir. Lent.az-a açıqlama verən Səbinə haqqında danışılanların əsassız olduğunu bildirsə də, müsabiqədən sonra narahatlıq yaşadığını deyib: “Depressiyaya düşməmişəm. Sadəcə nəticədən narazı qaldığım üçün özümdə səhvlər axtarmağa başladım. Amma ifamda, çıxışımda səhv tapa bilmədim. Bir qədər narazı qaldığım məqamlar olsa da , düşünürdüm ki, Azərbaycan ilk üçlükdə qərarlaşa bilər. Amma belə olmadı. Çıxışlarında, performanslarında yenilik tapa bilmədiyim Rusiya təmsilçiləri “Buranovskiye babuşki” qrupu isə üçüncü yeri tutdu. Düşünürəm ki, onlar olmasaydı, daha irəli pillələrdə qərarlaşardım”.