Samiraldo ağlını Elza Seyidcahana vermək istəyir - SORĞU
11 fevral 2013 17:14 (UTC +04:00)

Samiraldo ağlını Elza Seyidcahana vermək istəyir - SORĞU

 Məlum olduğu  kimi, millət vəkili Qənirə Paşayeva  orqanlarının öləndən sonra  ehtiyacı olanlara verilməsini vəsiyyət edib.  Bu günlərdə daha bir neçə tanınmış sənətçi də bu təşəbbüsə qoşulub.

Xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Məleykə Əsədova da belə bir təşəbbüslə çıxış edib: “Dünyamı dəyişəndən sonra orqanlarım kimisə yaşadacaqsa, mən buna hazıram. İnsan həmişə xeyir əməllərlə məşğul olmalıdır. Mən də orqanlarımı bağışlamağa hazıram”.

Lent.az şou-biznesin digər nümayəndələrindən də sözügedən məsələ ilə bağlı fikir öyrənib.
 

Arif Babayev : “Belə bir təşəbbüslə çıxış etmək üçün insanda böyük ürək olmalıdır. Hər adam bunu bacarmaz. Bu addımı atmaq insanda cəsarət tələb edir.
 

Tünzalə Ağayeva: “ Bunu alqışlayıram. Bu, fədakarlıq, insanlıq deməkdir. Onsuz da insan dünyadan köçdükdən sonra torpağa tapşırılır. Əgər bu addımla bir insan yaşayacaqsa, niyə də olmasın ? Mən də buna razı olardım”.
 

Elza Seyidcahan: “ Mən də bağışlayıram. Ehtiyacı olanlara... Orqanlarım da sağlamdır. Qənirə Paşayevanın bu təşəbbüsünü dəstəkləyirəm”.

 

Zöhrə Abdullayeva: “İndi eşidirəm. Qənirə xanım çox doğru qərar qəbul edib.  Razıyam ki, dünyamı dəyişəndən sonra orqanlarımı ehtiyacı  olanlara  versinlər”.
 

Ülvi Qılınc: “Mən verə bilmərəm. Yalandan deyim ki, bağışlayaram. Yox. Buna özümü hazır bilmirəm”.

 

Rəqqasə Fatimə Fatəliyeva: “ Çox gözəl təşəbbüsdür. Ürəkli olmasam da, dünyamı dəyişəndən sonra kimə lazımdırsa, orqanlarımı verməyə hazıram. Bundan xeyirli nə iş ola bilər?

Stilist Samiraldo: “ Desəm ki, orqanlarımı bağışlayaram, o zaman bundan istifadə edərək, məni öldürə bilərlər. Ona görə də  belə şeyi açıq demək olmaz. Həyatda özüm üçün yaşayıram. Amma tam səmimi deyirəm ki, mənə əziz olan insan üçün ürəyimi, böyrəyimi, canımı verərəm. Ağlımı Elza Seyidcahana vermək istəyirəm. Qoy istifadə etsin.

 

Elnarə Abdullayeva: “Buna ixtiyarım yoxdur. O dünyada Allaha cavab vermək lazımdır axı... Hər kəsin fikrinə hörmətlə yanaşıram. Amma orqanlarımı kiməsə bağışlamaq fikrim yoxdur.

 

Elariz Məmmədoğlu: “Bu, çox böyük hərəkətdir. İnsanlığa, bəşəriyyətə hörmətdir. Qaldı ki, mənim belə bir addım atmaq istəyimə, deyim ki, çox çətindir. Yalan danışa bilmərəm. Bunun üçün ürəkli olmaq lazımdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3833
avatar

Yalçın UĞUR

Oxşar yazılar