“ Mənə külli miqdarda pul versələr, alt paltarı reklamına çəkilərəm”. Bunu Lent.az-a açıqlamasında stilist Samir Əliyev (Samiraldo) deyib: “Devid Bekem yüksək qonorar müqabilində alt paltarı reklamına çəkildi. Bu hadisə böyük səs-küyə səbəb oldu. Azərbaycanda da bu işə ilk olaraq mən imza atmaq niyyətindəyəm. Demək istəyirəm ki, hansı alt paltarını reklam edən brend firma mənə yüksək qonorar versə, mən də həmin şirkətin alt paltarını reklam edəcəm. Hazırda təkliflər olsa da, qonorar az olduğuna görə, imtina etmişəm”.