Müğənni Niyam Salami Röya Ayxanla Türkiyəyə yollanıb.
Bu barədə Lent.az-a müğənninin mətbuat katibi Ceyhun Məhərrəmov məlumat verib.
Onun sözlərinə görə, sənətçi bundan sonra Türkiyə şou-biznesində fəaliyyət göstərəcək:
“Müğənninin Türkiyəyə səfərinin məqsədi bəstəkar-müğənni Soner Sarıkabadayı ilə olan işbirliyidir. Sənətçinin Türkiyədə tanınmasında Röya dəstək olacaq. O, Azərbaycandakı işləri ilə yanaşı qardaş ölkədə də uğurlu fəaliyyət görmək niyyətindədir".