Rəqsanə qızlarını anasına etibar edib, Azərbaycandan gedir
21 fevral 2013 10:30 (UTC +04:00)

Rəqsanə qızlarını anasına etibar edib, Azərbaycandan gedir

 

Övladları ilə Moskvaya yerləşən müğənni Rəqsanə İsmayılovanın yaradıcılıq işləri davam edir. Fevralın 25-də bu məqsədlə Türkiyəyə yola düşəcək sənətçi planları barədə Lent.az-a danışıb: “Son aylar Azərbaycandan çox Moskvada oluram. Buna səbəb qızım Aysunun təhsilidir. Qızlarımı anama etibar edib, bir neçə həftəlik Türkiyəyə gedirəm. Oradakı işlərimin təfərrüatı barədə öncədən mətbuatda danışmışam. Səfərim zamanı albomun tamamlanma işləri, klip çəkilişləri və serialla bağlı danışıqlar baş tutacaq. Bunun ardınca bu işlərin təqdimatları gözlənilir”.

Bir neçə gün əvvəl uzun saç qaynaqlarını çıxaran müğənni bu imicdən uzaqlaşmadığını söyləyib. Rəqsanə elə bu gün rus ustaların xidmətindən bəhrələnib, yenidən uzun saçlara qovuşacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2104
avatar

Yalçın UĞUR

Oxşar yazılar