Rəqsanə Moskvada qızı Aysunla alış veriş-edərkən...
24 dekabr 2012 11:36 (UTC +04:00)

Rəqsanə Moskvada qızı Aysunla alış veriş-edərkən...

Müğənni Rəqsanə İsmayılova Moskvadadır. Lent.az-a açıqlama verən müğənni bildirib ki, yeni ili ölkədən kənarda  qeyd etmək qərarına gəlib: “İstədim ki, anam, uşaqlar və  orada bizimlə olacaq yaxın qohumlar bayramı Moskvada birlikdə qeyd etsinlər. Artıq bir neçə gündür, Moskvadayam. Bura çox soyuqdur. Dekabrın 28-i isə anam da yanıma gələcək. Beləcə yeni ili birlikdə qeyd edəcəyik”.

 

 

Müğənni  bildirib ki, onun tezliklə Bakıya qayıtması gözlənilmir: “Ona görə ki, Moskvadan Türkiyəyə gedib, orada hazırlığı bitmək üzrə olan albomumla tanış olacağam. Türkiyə səfərimin nə qədər davam edəcəyi oradakı işlərimlə bağlıdır. Ola bilsin ki, növbəti həftələrdə 1-2 günlüyə Bakıya gəlim”.

 

Qeyd edək ki, müğənni Moskvaya səfərinin ilk günündə qızı Aysunla alış-veriş edərkən çəkdirdiyi şəkilləri Facebook sosial şəbəkəsində paylaşıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3881

Oxşar yazılar