Rəqsanə jurnalisti hədələdi
24 yanvar 2013 14:52 (UTC +04:00)

Rəqsanə jurnalisti hədələdi

Müğənni Rəqsanə onun haqqında məlumat yazan jurnalist Cəvahir Səlimqızını məhkəmə ilə hədələyib. Lent.az-ın məlumatına görə, müğənni bildirib ki, jurnalistin onun ailəsi və özü haqqında yazdığı xəbərləri qərəzlidir və sifarişlə yazılıb. Rəqsanə jurnalistin onun gələcək həyat yoldaşı ilə bağlı yazdığı məlumatı təkzib edib: “Müəllifin xanım olduğunu nəzərə alıb, birinci xəbərdə güzəştə getdim. Baxmayaraq ki, o, övladıma şər yaxan yazı ilə çıxış etmişdi. Bu dəfə açıqlama verməklə yanaşı, vəkilimin işə müdaxiləsini zəruri bildim. Həmin müəllif hər iki yazını yazanda nə mətbuat əlaqələndiricimin, nədəki mənim mövqeyimi öyrənib. Onunla əlaqə yaratdım, bildirdi ki, yazıları ona çalışdığı portalın baş redaktoru sifariş edib. Hər iki yazıda onun müəllif adını oxumuşam. Yazılanlara gəlincə, cəmiyyətdə yanlışlıq yaranmasın deyə, bildirirəm ki, ailə quracağım insanla yaş fərqimiz cüzidir. O, yaşlı deyil. Olsa belə, gizlətmərəm. Həyat yoldaşı rəhmətə getməyib, neçə il əvvəl boşanıblar. O, məni dünən tanımır. Bizim 5 illik dostluğumuz olub. Onun yaxşı dost, qayğıkeş olduğunu görüb, ailə qurmaq təklifi dəyərləndirdim. Aramızda gizli heç nə yoxdur. Hər bir işimi onunla məsləhətləşirəm. Mənimlə bağlı heç nə onu narahat etmir. Çünki məni hamıdan yaxşı tanıyır. Borclarım da qalmayıb, özüm qazanıb, qəpiyinə kimi qaytarmışam. Bizim sakit bir həyat sürdüyümüz halda jurnalistin ailəmlə, şəxsiyyətimlə bağlı yazılar dərc etməsi məni konkret addım atmağa vadar etdi”.

Müğənni bildirib ki, jurnalist yazdıqlarını sübut etməsə məhkəməyə müraciət edəcək: “Artıq məsələ məhkəmə salonunda həll olunacaq. Qoy jurnalist dediklərini sübut etsin. Sonda bildirirəm ki, Azərbaycanda fəaliyyət göstərən hər bir mətbu orqanına hörmətim sonsuzdur. Hər bir xəbərimin ilkini sevərək onlarla paylaşıram. Amma ailəm, özüm haqqında hər hansı yanlış, təhqiramiz yazı yazıldığı təqdirdə, qərarım yenə hüquqi müstəvidə çözmək olacaq. Barəmdə yazılan hər bir yazıların mətbuat katibimlə dəqiqləşdirilməsini vacib bilirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2316
avatar

Yalçın UĞUR

Oxşar yazılar