Rəhim Rəhimli evlilik təkliflərini mahnıya çevirdi : “Ay, ay, ay”
20 dekabr 2012 19:18 (UTC +04:00)

Rəhim Rəhimli evlilik təkliflərini mahnıya çevirdi : “Ay, ay, ay”

Müğənni Rəhim Rəhimli müxtəlif vaxtlarda xanımlardan aldığı evlilik təkliflərini mahnıya çevirib. Lent.az-ın məlumatına görə, Rəhim Rəhimli bu işi şairə Alovlu Ülviyyə ilə birlikdə görüb. Ülviyyə Alovlu bildirib ki, belə mahnı hazırlamağı Rəhim Rəhimliyə o, təklif edib: “Mahnının musiqisi çox ritmik və xoş əhval-ruhiyyəli olduğu üçün mən də mahnıya məzəli sözlər yazdım. Dostum Rəhimin çoxsaylı qız pərəstişkarını görüb, məhz bu mövzuda sözlər yazmaq istədiyimi dedim. O da bu fikrimi çox bəyəndi. Ümid edirəm ki, dinləyicilər də bəyənəcək” .

 

Qeyd edək ki, Rəhim Rəhimli və Alovlu Ülviyyənin ilk işidir. Musiqisi Rəhim Rəhimlinin özünə, sözləri Alovlu Ülviyyəyə aid “Ay, ay, ay” mahnısını tamaşaçılara təqdim edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1796

Oxşar yazılar