Dünən prodüser Təranə Səmədova özünü aparıcı kimi sınayıb. Lent.az-ın məlumatına görə, o, Şəki regional Televiziyasında “Kanal S”-in “Gecə yarısı” proqramında aparıcılıq edib. Verilişin konsepsiyasına uyğun, gələn qonaq həm də aparıcı olur. Prodüser verilişdən sonra öz təəssüratlarını Lent.az-la bölüşüb. “ Dünən 2 saata yaxın davam edən verilişdə aparıcılıq etdim, heç də pis alınmadı. Məndən öncə müğənnilər Sevda Yəhyayeva, Rəhim Rəhimli, Yaşar Yusub da bu proqramın aparıcısı olmuşdu. Mənim qonaqlarım isə müğənnilər Fəqan Səfərov və Günay İbrahimli idi. Onlar da verilişi çox bəyəndilər”, - deyə o, əlavə edib.
Prodüser Şəki mətbəxini çox sevdiyini də dilə gətirib :” Şəkinin insanları bizə çox istiqanlı, mehriban münasibət bəslədilər. Buranın mətbəxinə söz ola bilməz. Şəkiyə gələsən, piti yeməyəsən, bu düzgün olmaz”.