Opera ifaçısı yeni mövsümün müjdəsini verdi
22 dekabr 2012 02:29 (UTC +04:00)

Opera ifaçısı yeni mövsümün müjdəsini verdi

Opera müğənnisi Lətifə Soyuöz sözləri Baba Vəziroğluna, aranjemanı Yaşar Baxışa məxsus olan  “Danış mənə” adlı kompozisiyanı təqdim edib.

Bu barədə Lent.az-a danışan müğənni mövsümün son mahnısını ifa etdiyini söyləyib:

“İlin sonuna yaxın  ifa etdiyim “Danış mənə”  adlı mahnının çox gözəl sözləri var. Düşünürəm ki, sözləri  Baba Vəziroğluna məxsus olan bu mahnı, dinləyicilər tərəfindən də seviləcək”.

Daha sonra yeni mövsümdəki planlarından danışan vokalist, 2013- ci ildə həyata keçirəcəyi işlərdən söz açıb: “ Artıq bu il başa çatır. Yeni mövsümün gəlməsini səbirsizliklə gözləyirəm. Çünki yeni mövsümlə bağlı planlarım çoxdur”.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1199

Oxşar yazılar