Nüşabə Ələsgərli: “Müğənnilərin hamısı cikkildəyir...”
29 dekabr 2012 13:47 (UTC +04:00)

Nüşabə Ələsgərli: “Müğənnilərin hamısı cikkildəyir...”

Müğənni Nüşabə Ələsgərli həmkarları haqqında ciddi ittihamlar səsləndirib. Lent.az-a açıqlama verən müğənni bildirib ki, şou-biznesə gələnlər əvvəlcə cikkildəyir, daha sonra müğənni kimi formalaşırlar: “Hər müğənninin öz yolu var. Şou-biznesdə olanlar cikkildəyə-cikkildəyə gəlirlər, daha sonra müğənni adına yiyələnirlər. İmkan verək, onlar da oxusunlar. Amma Nüşabədən 1 dənədir, 2-ci Nüşabədə yoxdur, olmayacaq da”.

 

Müğənni oğlunun kiçik toyunda iştirak etmiş türkiyəli müğənni İbrahim Tatlısəsin bu günlərdə ekstrasens Nuridə Küskünün qonağı kimi Azərbaycana gəlməsindən xəbərsiz olduğunu bildirib: “İbrahimin ölkəmizə gəldiyindən xəbərim olmadı. Sonradan eşitdim ki, ekstrasensin qəbuluna gəlibmiş. Heç inanmazdım, o, belə şeylərə inanar. Deməli, belə şeylər də olurmuş. Gəldi də, getdi də. Onun belə şeylərə ümid bağladığına təəccübləndim”.

# 3205
avatar

Yalçın UĞUR

Oxşar yazılar