Müğənni Natavan Həbibinin gözlərində problemlər yaşanır. Lent.az-ın məlumatına görə, müğənni bu barədə «Atv maqazin» verilişində danışıb.
“Gözlərim görmür. Eynəksiz uzağı çox zəif görürəm. Bir çoxları elə zənn edir ki, mən eynəyi dəb üçün istifadə edirəm. Ancaq bu belə deyil. Mən şou aləmində olan bəzi müğənnilər kimi eynəkdən dəb üçün istifadə etmirəm. Hətta bir çoxları ilə qarşılaşanda salamlaşmıram və elə zənn edirlər ki, onları saymıram. Ancaq gözüm zəif gördüyünə görə mən onları ayırd edə bilmirəm”- deyə, o, əlavə edib.