““Nömrə-1” yalnız qadın büstqalterində olur. Büstqalterlər 1-dən 3 nömrəyə qədərdir. Müğənnilər indi özlərinin bu nömrələrini bəyan edir?”
Bunu Lent.az-a müğənni Nadir Qafarzadə şou-biznesin nümayəndələrinin özlərini “Nömrə-1” adlandırmasına münasibət bildirərkən deyib. Müğənni həmkarlarını özlərini kateqoriyaya ayırdıqları üçün kəskin tənqid edib: “Bilmirəm, bunlar özlərinə neçə nömrə qoyublar? Amma bircə mən onu bilirəm ki, “Nömrə-1” ancaq qadın alt paltarında. O da ölçülərə görə dəyişir. Məncə ən böyüyünün ölçüsü 3-dür. Müğənnilərin özlərini nömrələməsi belə gülüncdür”.