Nadir Qafarzadədən qalmaqal yaradacaq açıqlama
04 fevral 2013 11:37 (UTC +04:00)

Nadir Qafarzadədən qalmaqal yaradacaq açıqlama

“Bizim müğənniləri Türkiyədə tanıyırlar ki? Heç Türkiyədə Sərdar Ortacı yaxşı tanımırlar”. Bunu Lent.az-a açıqlamasında müğənni Nadir Qafarzadə yerli şou nümayəndələrinin Türkiyə şou-biznesə qatılmalarına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Türkiyə şou-biznesdə tanınmaq çox çətindir : “Xatırlayırsınızsa, mən bir neçə il öncə Rusiya şou-biznesinə qatılmaq istəyirdim. Ancaq bu istəyim istək olaraq da qaldı. Bizdən fərqli olaraq, digər ölkələrin şou bazarında mafiyalar var. Onlar bütün proseslərə nəzarət edirlər. Qıraqdan gələn müğənnini çox nadir halda qəbul edirlər. Bizim Aygün Kazımova, Brilliant Dadaşova, Azəri qızı Günel Türkiyə şou-biznesinə qatılıb. Dedilər ki, bu sırada Röya da var. Başqa ölkədə məşhur olmaq üçün bir mahnı və bir kliplə kifayətlənmək olmaz. Tanınmaq üçün illərlə mübarizə aparmaq lazımdır. Yazıq Azəri qızı Günel illərdir, qardaş ölkənin şou bazarına qatılıb, ancaq elə bil Türkiyə şou-biznesi bir çevrə, Günel də çevrədən ayrı durmuş bir insandır. O, çevrənin içərisinə illərdir, girə bilməyib. Sadəcə, kənardan sakit-sakit Türkiyə şou-biznesinə baxır”.


 

Müğənni özünün də xaricdə tanınmaq arzusunda olduğunu deyib: “Yenidən ölkədən kənarda tanınmaq istəyərdim. Bunun üçün mənə ya küllü miqdarda pul, ya da sponsor lazımdır. Məsələn 1 milyon yarım pulum olsa, hansı ölkədə istəsəm, tanınaram. İndi hansısa müğənni deyir ki, onları sənətinə, səsinə görə tanıyırlar, bu, yalandır. Eşidin, inanmayın. Ya küllü miqdarda öz vəsaitin, ya da sponsorun olmalıdır...”

# 2258
avatar

Yalçın UĞUR

Oxşar yazılar

Dünyanın ən seksual idmançısı geyimi ilə heyran etdi

Dünyanın ən seksual idmançısı geyimi ilə heyran etdi

18 may 2024 , 16:58
Rəşad Dağlının qızı əməliyyat olundu - VİDEO

Rəşad Dağlının qızı əməliyyat olundu - VİDEO

18 may 2024 , 12:09
Ancelina Coli yeni sevgilisi ilə  GÖRÜNTÜLƏNDİ

Ancelina Coli yeni sevgilisi ilə GÖRÜNTÜLƏNDİ

18 may 2024 , 10:45
5 güləşçimiz qitə çempionatının final mərhələsinə yüksəldi

5 güləşçimiz qitə çempionatının final mərhələsinə yüksəldi

18 may 2024 , 04:21
Beyons elə bir şəkil çəkdir ki...

Beyons elə bir şəkil çəkdir ki...

18 may 2024 , 03:23
Britaniyanın  ilk milyarder musiqiçisi   Pol Makkartni

Britaniyanın ilk milyarder musiqiçisi Pol Makkartni

17 may 2024 , 18:00
Beren Saat müalicəyə başladı

Beren Saat müalicəyə başladı

17 may 2024 , 17:15
Səhnədə gənc müğənninin üst geyimi  açıldı

Səhnədə gənc müğənninin üst geyimi açıldı

16 may 2024 , 20:50